Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Portuqaliyalı qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verilib

Portuqaliyalı qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verilib

31.01.2018 [10:12]

Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub. Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüşdə qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. O bildirib ki, ölkəmizdə hazırkı dövlət-din münasibətləri əsrlər boyu Azərbaycan xalqının formalaşdırdığı qarşılıqlı hörmət və dözümlülük ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.
Portuqaliyalı deputata Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verən Mübariz Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi və ideoloji istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərimizdə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğunu diqqətə çatdırıb.
Portuqaliya parlamentinin deputatı Duarte Paçeko Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələrinin, həmçinin bu istiqamətdə yürüdülən dövlət siyasətinin onda dərin təəssüratlar yaratdığını bildirib. O, Azərbaycanın və Portuqaliyanın bu sahədə birgə əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30