Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkiyə münasibətləri region ölkələri üçün örnəkdir

Azərbaycan-Türkiyə münasibətləri region ölkələri üçün örnəkdir

02.02.2018 [10:08]

Fevralın 1-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Səməd Seyidov “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini söyləyib. O, bütün beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da Azərbaycan və Türkiyə təmsilçilərinin sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, bir-birini dəstəklədiyini, haqqa və ədalətə tərəfdar çıxdığını bildirib. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri region ölkələri üçün örnəkdir.
Milli Məclis deputatlarının AŞPA-dakı fəaliyyətinə toxunan Səməd Seyidov nəzərə çatdırıb ki, Türkiyənin maraqları hər zaman tərəfimizdən ən yüksək səviyyədə qorunacaq.
Nazir Jülide Sarıeroğlu Türkiyənin ictimai-siyasi həyatındakı aktual məsələlərdən, xüsusilə antiterror əməliyyatlarından bəhs edib. O, Türkiyənin AŞPA-da haqlı mövqeyini dəstəklədiklərinə görə nümayəndə heyətimizə təşəkkürünü bildirib.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Sahibə Qafarova, Fazil Mustafa, Sabir Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçiləri, səfir Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30