Tərəfdaş agentliklər Yonhap-a Qış Olimpiya Oyunları ilə bağlı təbrik məktubları ünvanlayıb
03.02.2018 [01:08]
Koreya Respublikasının Yonhap agentliyini təbrik edənlər arasında AZƏRTAC da var
Xarici ölkələrin xəbər agentliklərinin rəhbərləri “Pxençan-2018” Qış Olimpiya Oyunları ilə bağlı Koreya Respublikasının Yonhap agentliyinə təbrik məktubları ünvanlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Agentlik bildirir ki, “Pxençan-2018” Olimpiadasını işıqlandırmaq üçün təsis edilən və müxtəlif ölkələrdən 54 xəbər agentliyini özündə birləşdirən PNN (Pyeongchang News Servise Network) platformasına qoşulan agentliklərin rəhbərləri Olimpiya Oyunları ilə bağlı səmimi arzularını dilə gətiriblər.
Dünya Xəbər Agentlikləri Konqresinə, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov təbrik məktubunda Olimpiya Oyunları kimi möhtəşəm idman tədbirinin işıqlandırılmasında koreyalı həmkarlarına uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, Yonhap-ın peşəkar kollektivi bu işin öhdəsindən yüksək səviyyədə gələcək.
Xəbərdə Qış Olimpiya Oyunları ilə əlaqədar İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbone, Yaponiyanın Kyodo agentliyinin prezidenti Masaki Fukuyama, Slovakiyanın TASR agentliyinin baş direktoru Vladimir Puçala, İordaniyanın Petra agentliyinin rəhbəri Feysəl əş-Şbul, həmçinin Qətər, Kipr, BelTA, İİNA və Sudan agentlikləri tərəfindən də təbrik məktubları göndərildiyi qeyd olunur.
Təbrik məktubları haqqında Yonhap agentliyinin televiziyasında -”Yonhapnews TV”də süjet yayımlanıb. Süjetdə AZƏRTAC-ın baş direktorunun videotəbriki də yer alıb.
Qeyd edək ki, AZƏRTAC və Yonhap Dünya Xəbər Agentlikləri Konqresi və OANA çərçivəsində, həmçinin ikitərəfli formatda yüksək səviyyəli əlaqələr qurub. On ildir əməkdaşlıq edən iki agentlik OANA İcraiyyə Komitəsinin 2015-ci ildə Seulda keçirilmiş 39-cu iclası çərçivəsində yeni tərəfdaşlıq Sazişi imzalayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

