Azərbaycan Milli Məclisinin sədrinə Qazaxıstanın ali ordeni təqdim edilib
03.02.2018 [01:11]
Fevralın 2-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, işçi qrupun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin sədri ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. O, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb. Oqtay Əsədov əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini deyib.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ölkəmizə səfərindən məmnunluğunu bildirib. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın, xüsusilə də parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan Nurlan Niqmatulin bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Qonaq bu il ölkəmizin müstəqilliyinin və Azərbaycanda parlamentin yaradılmasının 100 illik yubileyinin keçiriləcəyini xatırladıb və bu münasibətlə təbriklərini çatdırıb. Bildirib ki, Qazaxıstan bütün sahələrdə Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Nurlan Niqmatulin Qazaxıstanda keçirilmiş “Ekspo 2017” sərgisində fəal iştirakına görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, ötən il Qazaxıstanın müstəqillik qazanmasının 25 ili tamam oldu. Bu münasibətlə keçən ilin dekabrında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov dövlət siyasətində və ictimai fəaliyyətində xidmətlərinə, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilib.
Sonra Nurlan Niqmatulin ordeni Milli Məclisin sədri Oqtay Əsədova təqdim edib.
Təqdimetmə mərasimindən sonra Milli Məclisin sədri ona göstərilən diqqətə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təşəkkürünü bildirib və bu ordeni qəbul etməkdən qürur duyduğunu deyib.
Sonra görüş təkbətək formatda davam etdirilib.
* * *
Həmin gün Milli Məclisdə Azərbaycan və Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə iclası keçirilib.
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev bildirib ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 ili tamam oldu. Qazaxıstan Azərbaycan üçün qardaş ölkədir və münasibətlərimiz daim inkişaf edir. Hazırda Qazaxıstanda böyük Azərbaycan diasporu fəaliyyət göstərir və onlar da iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verirlər. Söhbət zamanı ikitərəfli əlaqələrin daha da genişlənməsində parlamentlərin xüsusi rolu qeyd edilib.
Qazaxıstan Parlamenti Məclisinin Azərbaycanla əməkdaşlıq üzrə qrupunun rəhbəri Omarxan Oksikbayev qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, dövlət başçılarımızın imzaladıqları mühüm sənədlər bu gün ölkələrimiz arasında münasibətlərin inkişafı üçün münbit şərait yaradıb.
Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi, tələbə mübadiləsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

