Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Prezident nəyi, nə vaxt etmək lazımdırsa, çox gözəl bilir

Siyavuş Novruzov: Prezident nəyi, nə vaxt etmək lazımdırsa, çox gözəl bilir

07.02.2018 [10:11]

“Biz seçkiyə tam hazırıq. Lap günü bu gün də seçki keçirilsə, Yeni Azərbaycan Partiyası tam şəkildə hazırdır. Biz keçən il konfransları keçirtdik, yekunlaşdırdıq. Yəni, artıq namizədliyin irəli sürülməsi üçün bizim nümayəndələr hazırdır. O cümlədən rayonlarda qərargahların texniki təchizat məsələləri və digər məsələlər tam həllini tapıb”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, belə bir fikir əvvəllər də var idi ki, referendumdan dərhal sonra prezident seçkiləri keçirilsin. Çünki prezidentlik müddəti də dəyişmişdi, 5 ildən 7 ilə artırılmışdı. Həm də bunun hüquqi əsası var idi deyə, bu proses axıra çatdırıla bilərdi: “Amma referendumda səlahiyyət verilmişdi ki, Azərbaycan Respublikasının Prezidenti zərurət hesab etdikdə prezident seçkilərini təyin edə bilər. Cənab Prezident də öz səlahiyyətlərindən istifadə edib. Yəni ölkədə keçiriləcək tədbirlərlə, dünyadakı proseslərlə əlaqədar olaraq, seçki vaxtını aprelə müəyyənləşdirdi. Prezident nəyi, nə vaxt etmək lazımdırsa, onu çox gözəl bilir”.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı seçir, xalq mövqeyini bildirir. O, deyib ki, ölkədə seçki mühiti var, seçki qanunvericiliyi var, ictimai-siyasi sabitlik mövcuddur və hər bir şəxs öz namizədliyini, hər bir siyasi partiya öz namizədini azad şəkildə, qanunun tələbi ilə irəli sürə bilər. Yəni seçki mühiti tam təmin olunub. Kifayət qədər zaman var ki, hər bir partiya, yaxud fərd öz namizədliyini irəli sürsün və seçki kampaniyasını aparsın.
Azərbaycanda xalqla iqtidar arasında möhkəm birliyin mövcud olduğunu da söyləyən YAP İcra katibinin müavini əlavə edib ki, Azərbaycan xalqı Prezidentin həyata keçirdiyi siyasəti görür və dəstək verir. “Dediyim kimi, lap günü bu gün seçki keçirsək, bizim namizəd ən yüksək səs toplayıb, yenidən ölkə rəhbəri seçiləcək”, - deyə Siyavuş Novruzov qeyd edib.

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30