Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Böyük Millət Məclisinin növbəti iclasında Xocalı faciəsindən danışılıb

Türkiyə Böyük Millət Məclisinin növbəti iclasında Xocalı faciəsindən danışılıb

24.02.2018 [09:46]

Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclasında Xocalı faciəsindən danışılıb. İclasda Xocalıdan olan deputat Elman Məmmədov, Türkiyə-Azərbaycan İş adamları Birliyinin (TÜİB) sədri Hüseyn Böyükfırat və Xocalı faciəsinin bir qrup şahidi də iştirak edib.
TÜİB-dən qəzetimizə verilən məlumata görə, iclasda çıxış edən Türkiyə Böyük Millət Məclisi sədrinin vəkili Əhməd Aydın Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Ankarada olan və eyni zamanda, TBMM-in iclasında iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayıb. Çıxışı zamanı Xocalı faciəsini qətiyyətlə qınayan Əhməd Aydın faciə qurbanlarına Allahdan rəhmət diləyib. Bundan başqa, Əhməd Aydın çıxışında Azərbaycanın acısının Türkiyənin acısı olduğunu da xatırladıb.
Məlumatda o da qeyd edilir ki, Məclisin iclasından sonra Əhməd Aydın Xocalı heyətini qəbul edib. Ümumiyyətlə, TÜİB-in təşkilatçılığı ilə Ankarada görüşlər keçirən nümayəndə heyətinin parlamentdə yüksək səviyyədə qarşılanmasında, görüşlərin keçirilməsində və s. Əhməd Aydının müstəsna xidmətləri olub.

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30