Azərbaycanın parlament diplomatiyasının növbəti uğuru
27.02.2018 [09:58]
Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat veriblər
Avropa Parlamentində (AP) yeni yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul ediblər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və Azərbaycanın Dostları Klubunun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.
Bəyanatda Azərbaycan xalqının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin girov götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verdiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.
Bəyanatı şərh edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul olunan sənədin 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymətin verilməsi üçün atılan mühüm addım olduğunu bildirərək deyib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, törədilmiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidir”.
Deputat daha sonra deyib: “Xocalıda həyatını itirmiş əziz soydaşlarımızın ruhu və onların sağ qalan ailə üzvləri qarşısında bizim ən böyük borcumuz həqiqətləri dünyaya çatdırmaq, dünya birliyinin o gecə Xocalıda törədilən qətliamın soyqırımı kimi tanımasına nail olmaqdır. AP üzvlərinə həqiqətlərimizin çatdırılmasını sistemli şəkildə elə təmin etməliyik ki, erməni lobbisinin və bu lobbinin təsiri altında fəaliyyət göstərən bir qrup AP üzvünün ölkəmiz əleyhinə apardığı qərəzli anti-Azərbaycan fəaliyyətin qarşısı alınsın. Bu mənada, Avropa Parlamentinin üzvləri tərəfindən bəyanat qəbul edilməsi çox mühüm bir addımdır. AP üzvlərinin Azərbaycanı daha yaxından tanıması və ölkəmizlə bağlı həqiqətləri öyrənərək müvafiq addımlar atması üçün komitəmizin üzvləri bundan sonra da fəal şəkildə iş aparacaqlar”.
Avropa Parlamenti üzvləri tərəfindən qəbul edilən bəyanatı yüksək qiymətləndirən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, deputat Azər Kərimli isə bildirib ki, bu bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycanın parlament diplomatiyasının növbəti uğurudur.
Deputat bəyanatın Avropa Parlamentində yenicə yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri tərəfindən irəli sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu, həmçinin AP nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib addım olduğunu bir daha göstərir. Bu bəyanat gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas olacaq və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir. Deputat deyib: “Hazırda dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətdə olan bizim nümayəndə heyətimiz bütün mümkün vasitələrlə əlaqələrin daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə çalışır. Düşünürəm ki, bu məqsədyönlü iş tezliklə daha çox və daha ciddi nəticələr verəcək”.
Xocalı faciəsi ilə bağlı bəyanat, ümumilikdə, Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü - Andrey Mamikins (Latviya), Norika Nikolai (Rumıniya), İveta Grigule-Peterse (Latviya), Ramona Manesku (Rumıniya), Xavier Nart (İspaniya), Tomaş Zdeçovski (Çexiya), Hannu Takkula (Finlandiya), İvo Vayql (Sloveniya), Angelo Çiokka (İtaliya), Lorenzo Fontana (İtaliya), Mark Tarabella (Belçika), Kristian Buşoi (Rumıniya), Alberto Çirio (İtaliya), Boris Zala (Slovakiya), Aldo Patriçiello (İtaliya), Yana Toon (Estoniya), İlhan Küçük (Bolqarıstan), Franz Obermayr (Avstriya), Valentinas Mazuronis (Litva), Heydi Hautala (Finlandiya), Angel Cambazski (Bolqarıstan) və Salvo Poglieze (İtaliya) tərəfindən, o cümlədən qurumun vitse-prezidenti tərəfindən imzalanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46

