Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mavriki Respublikasının Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək

Mavriki Respublikasının Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək

03.03.2018 [01:17]

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavriki Respublikasının Prezidenti Amina Qurib-Fakim iştirak edəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə xanım A.Qurib-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub. Mavriki Prezidenti “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxış edəcək. Xanım Amina Qurib-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda keçiriləcək panel iclasda əsas məruzəçidir.
Qeyd edək ki, biologiya sahəsində alim olan Amina Qurib-Fakim 2014-cü ildən Mavrikinin Prezidenti və Ali Baş Komandanıdır. O, ölkəsinin ilk qadın prezidentidir. Amina Qurib-Fakim uzun illər göstərdiyi elmi fəaliyyətinə görə bir çox beynəlxalq mükafatlara, o cümlədən UNESCO-nun qadın alimlər üçün təsis etdiyi mükafata layiq görülüb.
Xatırladaq ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlir Meta, Makedoniya Respublikasının Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın rəyasət heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı gözlənilir. Eyni zamanda, Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlər də daxil olmaqla 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30