Moskvada MDB İqtisadi Şurasının 77-ci iclası keçirilib
03.03.2018 [01:17]
Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 77-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyəti ilə bağlı geniş məsələlər daxil olub. İclas iştirakçıları MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək bir sıra sənədlərin layihələrini bəyəniblər. Söhbət Birlik dövlətlərinin intellektual mülkiyyət bazarının formalaşması və inkişafı haqqında Sazişin, Dövlətlərarası standartlaşdırmaya aid sənədlərin yayılması haqqında Sazişin, Energetikanın innovasiyalı inkişafı və qabaqcıl energetika texnologiyalarının işlənib hazırlanması sahəsində MDB ölkələrinin əməkdaşlığı Konsepsiyasının və bu konsepsiyanın reallaşdırılması ilə bağlı Təxirəsalınmaz Tədbirlər Planının, habelə 2025-ci ilə qədər olan dövr üçün quduzluğun profilaktikası və ona qarşı mübarizə sahəsində MDB ölkələrinin Birgə Fəaliyyəti Kompleksinin layihələrindən gedir.
İqtisadi Şura xidmətlərin azad ticarəti barədə Sazişin layihəsi üzərində işi davam etdirmək üçün Birlik ölkələrinin iqtisadiyyat nazirlərindən (nazir müavinlərindən) ibarət yüksək səviyyəli işçi qrup yaradılmasını qərara alıb və 2018-ci il üçün həmin qrupun iclaslarının qrafikini təsdiq edib.
İclas iştirakçıları 2018-2020-ci illər üçün Qazaxıstan Materialşünaslıq Tokamakında elmi tədqiqatlar proqramını təsdiq ediblər.
İqtisadi Şuranın qərarı ilə Rusiya Federal Nüvə və Radiasiya Təhlükəsizliyi Mərkəzinə MDB iştirakçıları olan dövlətlərin işlənilmiş nüvə yanacağı, radioaktiv tullantılarla davranış və nüvə-radiasiya təhlükəli obyektlərin istismardan çıxarılması məsələləri üzrə baza təşkilatı statusu verilib.
İqtisadi Şura məhsulların və xidmətlərin keyfiyyəti sahəsində qazanılmış nailiyyətlərə görə 2017-ci ilin Müstəqil Dövlətlər Birliyi Mükafatı üzrə müsabiqənin Münsiflər Heyətinin təqdimatını nəzərdən keçirərək Birlik ölkələrinin bir sıra idarə və müəssisələrinə bu mükafatın laureatları və diplomantları adları verilməsini qərara alıb.
İclasda bir sıra büdcə-maliyyə məsələləri və təşkilati məsələlər də müzakirə olunub.
MDB İqtisadi Şurasının növbəti iclasını cari ilin iyun ayında Moskvada keçirmək nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

