Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Mühacirlər”in erməni lobbisindən və xaricə sığınan bəzi azərbaycanlılardan maliyyələşdiyi məlum olub

“Mühacirlər”in erməni lobbisindən və xaricə sığınan bəzi azərbaycanlılardan maliyyələşdiyi məlum olub

17.03.2018 [09:08]

Azərbaycana qarşı aparılan çirkin kampaniyada istifadə olunan bu dəstəyə maliyyə ayıranlar arasında “Quska” ləqəbli Hüseyn Abdullayev, Elşad Abdullayev, İsa Sadıqov, Arif Məmmədov və Leyla Yunus da var
Hər zaman antimilli qüvvələrin, ən əsası isə, ermənipərəst mərkəzlərin əlində alət olan, ölkəmizin nüfuzuna xələl yetirmək üçün hazırlanmış çirkin kampaniyalarda yer alan radikal ünsürlərin qarşıdan gələn prezident seçkiləri öncəsi yenidən aktivləşməsi müşahidə olunmaqdadır. Vurğulamaq lazımdır ki, erməni lobbisi tərəfindən maliyyələşən və onların sifarişləri əsasında hərəkət edən radikal müxalifət düşərgəsinin heç bir nailiyyət əldə etməməsi xaricdəki anti-azərbaycançı qüvvələri “istinad” nöqtəsini dəyişməyə məcbur edib. Artıq ermənipərəst mərkəzlər və onların himayəsində olanlar uğursuz radikal ünsürləri deyil, xaricdə özünə yer etməyə çalışanları, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xarici ölkələrdə öz vətənlərinə qarşı çirkin kampaniya aparanları öz qanadları altına alırlar. Bu kontekstdə birmənalı şəkildə demək olar ki, bu gün adını “mühacir” qoyaraq Azərbaycan dövlətinin və xalqının maraqlarının əksinə cəbhə tutmuşların erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimdə şübhə doğurmur. Belə ki, bu ünsürlərin ermənipərəst dairələrlə təmasları və işbirlikləri, fəaliyyətlərində sinxronluq açıq müşahidə olunur. Həmçinin həmin şəxslərin maliyyələşməsində erməni lobbisi və onları himayə edənlərlə yanaşı, xaricdə yaşayan bəzi imkanlı azərbaycanlıların da səylər göstərdikləri ilə bağlı kifayət qədər ciddi faktlar mövcuddur. Konkret olaraq, “Quska” ləqəbli Hüseyn Abdullayevin, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin, keçmiş hərbçi İsa Sadıqovun (ona maliyyənin Azərbaycanla bağlılığı olan bəzi şəxslər tərəfindən ötürüldüyü barədə məlumat var), erməni lobbisindən pul alan keçmiş səfir Arif Məmmədovun xaricdəki həmin başıpozuqları maliyyələşdirdiyi bəlli olub. Eyni zamanda əsas maliyyə mənbəyi rolunda da məhz Hüseyn Abdullayevlə Elşad Abdullayevin çıxış etdiyinə dair məlumatlar mövcuddur. Bu sırada həmçinin ABŞ-ın NED təşkilatından qrant almış Leyla Yunusun da adı çəkilir.
Hüseyn Abdullayev Azərbaycanı təhqir edənlərə 72 min avro ayırıb
Beləliklə KİV-də yayılan məlumatlara görə, hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxsi - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub. Belə ki, Avropada fəaliyyət göstərən diaspor dairələrindən əldə olunan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirərək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.
Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan Prezidenti, ayrı-ayrı yüksəkvəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda, dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.
İddiaya görə, Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın. Bildirilir ki, H.Abdullayev ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb.
Göründüyü kimi, bu şəxslərin apardıqları çirkin kampaniyaların da əsasında ermənipərəst maraqlar və şəxsi mənafe dayanır. Yəni özünə sosial şəbəkələrdə “əl qatan”ların əsas məqsədi yenə də korporativ maraqları - pul qazanmaq arzularıdır. Eyni zamanda onlara “dayaq” duranlar da məhz şəxsi maraqları üçün dövlətə və xalqa düşmən kəsilən ünsürlərdir.
Orduxanların pulunu Leyla Yunus verir
Yeri gəlmişkən, bu siyahı tək “Quska” ilə yekunlaşmır. Özünü “mühacirlər” adlandıranlara bəzi hallarda “ideyalar” verən, bəzi hallarda isə konkret pul yardımı edənlər arasında “məşhur ermənilər” də var. Məsələn, Leyla Yunus kimi...
Belə ki, Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli “Facebook” səhifəsində son vaxtlar Orduxan Bəbirov, M.Mirzəli və s. şəxslərin birdən-birə Azərbaycana qarşı kampaniyaya başlamalarının, onların belə “fəal” olmalarının səbəbini bu cür izah edib: “Bu, “diktatoru tanıdaq” kimi axmaq aksiyanın layihə müəllifi Leyla Yunusdur. Bu, aydın məsələdir. Bu yaxınlarda Leyla Yunus “siyasi məhbuslara yardım” layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 EUR qrant alıb, bir soruşun, hansısa siyasi məhbus ailəsinə ordan 10 avro veribmi?! Çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllallar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata tırka verməyi gözəl bacarırsınız...”
Əslində, L.Yunusun kimliyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır və onun erməni əsilli olması ilə bağlı məlum faktlar mövcuddur. O cümlədən L.Yunusun konkret olaraq ermənilərdən maliyyə dəstəyi alması faktı ilə bağlı Azərbaycan KİV-ində də zaman-zaman mühüm informasiyalar yayılıb. L.Yunusun adıçəkilən şəxsləri maliyyələşdirməsi isə bir daha onların eyni “məqsəd”ə - erməni lobbisinə xidmət göstərməsini təsdiqləyir.
Bütün bunlarla yanaşı xüsusi olaraq vurğulamaq lazımdır ki, “sapı özümüzdən olan balta”lar rolunda çıxış etməyə və bununla da özünə “siyasi obraz” qazanmağa çalışanların cəhdləri əbəsdir. Çünki belələrinin iç üzü cəmiyyətimizə yaxşı məlumdur...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30