/ / Seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib
Seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Novruz bayramı münasibətilə mədəni-kütləvi tədbir keçirilib
20.03.2018 [09:31]
Seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Novruz bayramı münasibətilə martın 17-də Bakı İdman Sarayında mədəni-kütləvi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Dövlət gənclər siyasətinin uğurlarından danışan Əli Həsənov qeyd edib ki, hər bir gəncin həyatında heç vaxt unudulmayan məqamlar olur. Bunlardan biri, bəlkə də birincisi sizin tamamladığınız orta təhsil və aldığınız attestatdır. Çünki bu attestatı alan hər bir gənc artıq müstəqil həyata qədəm qoyur və gələcək inkişaf yolunu müəyyənləşdirir. Lakin 18 yaşına çatmaq və seçkidə iştirak hüququ qazanmaq isə tamamilə başqa bir məsuliyyətdir. Bu, vətəndaşlıq məsuliyyətidir. Siz Azərbaycan vətəndaşı kimi, öz gələcəyinizə səs vermək hüququ qazanırsınız. Kimi seçmək, niyə seçmək suallarına qəlbinizin səsinə əsasən bu seçkilərdə münasibət bildirəcəksiniz. Əgər siz indiyədək valideynlərinizin seçiminin nəticəsi olaraq Azərbaycan cəmiyyətində yaşayırdınızsa, bu il aprelin 11-dən başlayaraq artıq öz seçiminizin nəticəsi ilə yaşayacaqsınız. Beləliklə, 11 aprelin sizdə yaratdığı vətəndaşlıq məsuliyyəti bütün ömrünüz boyu sizi müşayiət edəcək.
Gəncliyi cəmiyyətin ən sağlam, ən saf, ən səmimi təbəqəsi adlandıran Prezidentin köməkçisi deyib ki, sizin düzgün seçiminiz ölkəmizin gələcək inkişafında, öz karyeranızı qurmağınızda mühüm rol oynayacaq. Mən sizi qarşıdan gələn Novruz bayramı və ilk dəfə səs verməklə Konstitusiya hüququnuzu həyata keçirəcəyiniz münasibətilə təbrik edirəm.
Seçkilərdə ilk dəfə səs verəcək gəncləri Novruz bayramı münasibətilə təbrik edən gənclər və idman naziri Azad Rəhimov vurğulayıb ki, ölkəmizin dinamik inkişafında gənclərin rolu çox böyükdür. Gənclərimiz həm iqtisadi, həm də ictimai-siyasi işlərdə ön sıralardadırlar. Bu gün gənclərimiz dünyada müxtəlif təşkilatlarda təmsil olunurlar. Gənclərin əsas vətəndaşlıq borclarından biri də seçkilərdə fəal iştirak etməkdir. Əminəm ki, gənclərimiz 11 aprel - Prezident seçkilərində fəallıqları ilə fərqlənəcəklər.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, gənclərimiz xoşbəxt bir ölkənin vətəndaşıdırlar. Artıq siz seçmək və seçilmək yaşına çatmısınız. Artıq bu il səs verən gənclərimiz növbəti parlament seçkilərində təkcə seçici kimi deyil, namizəd kimi də iştirak edə biləcəklər. Hazırda gənclərimiz Azərbaycanı müxtəlif beynəlxalq qurumlarda təmsil edirlər. İdmançılarımız bayrağımızı müxtəlif mötəbər turnirlərdə qaldırırlar. Azərbaycan gəncləri hər zaman avanqard təbəqə olub. Gənclərimiz həmişə dövlətçiliyin və müstəqilliyin keşiyində durublar. Siz gələcəkdə ölkəni idarə edəcək insanlarsınız. İnanıram ki, aprelin 11-də siz dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanılmasına və sabitliyə səs verəcəksiniz.
Sonra tədbirdə ölkəmizin iqtisadi inkişafından, həyata keçirilən uğurlu gənclər siyasətindən, həmçinin Prezident seçkilərinə hazırlıq prosesindən bəhs edən videoçarxlar nümayiş olunub.
Konsert proqramı ilə davam edən tədbirdə müxtəlif viktorinalar da təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

