Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Söyüş və təhqir küçə psixologiyasının məhsuludur

Söyüş və təhqir küçə psixologiyasının məhsuludur

24.03.2018 [10:07]

Həyatımızın mühüm bir hissəsi olan ənənəvi media ilə yanaşı, elektron KİV, xüsusilə də sosial media və sosial şəbəkələr sürətlə inkişaf edir. Hətta dünyanın süpergüc dövlətlərində belə siyasi kampaniyalar zamanı sosial şəbəkələr mühüm faktor kimi çıxış edir. Azərbaycan da beynəlxalq birliyin mühüm bir tərkib hissəsi kimi, bu inkişafdan özünə pay götürür. Artıq ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı kifayət qədərdir.
Sosial şəbəkələr artıq siyasi arenada özünə yol açaraq geniş polemika, müzakirə meydanına çevrilib. Təbii ki, bu vasitədən düzgün, yerində və əxlaq çərçivəsində istifadə etdikdə daha effektli və təsirli olur. Təəssüf ki, bir neçə müddətdir ki, şəxsi ambisiyalarının əsirinə çevrilmiş bəzi insanlar bütün “sərhədləri” aşaraq heç bir əxlaq, etik normalara sığmayan fikirlər səsləndirir, mübarizə üsulunun ən “axırıncı yol”una əl atırlar.
Qeyd etdiyimiz kimi, sosial şəbəkələr həyatımızın mühüm bir parçasına çevrilib. Bu virtual məkandan yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq, hər kəs öz fikir və düşüncələri, dünyagörüşü və tələbatına uyğun istifadə edir. Bu mənada hər bir istifadəçi virtual da olsa, ictimaiyyət arasında olduğunu unutmamalı, paylaşdığı fikir və düşüncələrinə diqqət yetirməlidir. Təəssüf ki, qeyd etdiyimiz bir qrup insan bütün milli, mənəvi dəyərlərin üstündən xətt çəkərək dövlətə, onun dəyərlərinə, dövlət rəsmilərinə qarşı çirkin kampaniya aparır. Sözsüz ki, bu, yolverilməzdir. Söyüş və təhqir küçə psixologiyasının məhsuludur və heç kimə başucalığı gətirmir. Ona görə də bu cür ünsürlərə qarşı ciddi şəkildə mübarizə aparmalı, bütün platformalarda, eyni zamanda, virtual məkanda etik normalara əməl etməklə onlara lazımi cavab verməliyik, sivil mübarizə üsulunu aşılamalıyıq.
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin
baş redaktoru, Azərbaycan
Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30