Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb

Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb

24.03.2018 [10:24]

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti başa çatıb. Sechki-2018.az saytının xəbərinə görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.
MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30