Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi hansı səviyyədədir?
17.09.2009 [10:10]
Miqrasiya məsələsi müasir dünyanın qlobal problemlərindən birinə çevrilməkdədir. Artıq bu problemlə bağlı Avropa dövlətləri həyəcan təbili çalmaqdadırlar. çünki Afrikadan və Asiyadan bu qitəyə insan köçü daha da sürətlənib. Eyni zamanda, Azərbaycanda da anoloji problemlər özünü göstərməkdədir. Əvvəllər müşahidə olunmasa da, bir neçə ildir ki, ölkəmizə əməkçi miqrantlar daha çox gəlirlər. Miqrantların, əsasən, çin Xalq Respublikası, Pakistan və Əfqanıstan kimi ölkələrdən gəlməsi müşahidə olunur. Belə olan təqdirdə, onların ölkəmizə gəlişi, fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələrin nə qədər vacib olduğu ciddi bir zərurətə çevrilir.
Məlum olduğu kimi, Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilib, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilib, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılıb. Bu məsələ ilə bağlı, Azərbaycan Prezidentinin 4 mart 2009-cu il tarixində imzaladığı “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərmanı xüsusi əhəmiyyət kəsb edir. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirib. Bununla yanaşı, müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırlar. Həmin Fərmana əsasən, Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipi tətbiq edilir. Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunub.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova hesab edir ki, Azərbaycan beynəlxalq aləmə inteqrasiya olduqca müsbət cəhətlərlə yanaşı müəyyən problemlərlə də üzləşir. Onun fikrincə, Azərbaycan istəsə də, istəməsə də, miqrasiya prosesindən kənarda qala bilməz. “Bu gün miqrasiya təsirinə məruz qalmayan ölkə yoxdur. üçüncü dünya ölkələrindən axın daha çoxdur. Azərbaycan həm tranzit ölkə kimi istifadə olunur, həm də ölkəmizə köç edirlər. Son zamanlar Azərbaycana miqrantların gəlməsi artıb. Əfqanıstan, Pakistan, çindən gələnlər çoxdur. Azərbaycandan da başqa ölkələrə gedirlər” deyən R.Aslanovanın sözlərinə görə, miqrasiya məsələləri ilə bağlı Milli Məclisdə bir sıra qanunlar qəbul olunub. Bütün bunlar immiqrasiya haqqında, vətəndaşların dövlət qeydiyyatı, vətəndaşlıq haqqında və s. sənədlərdə öz əksini tapıb. Miqrantların ölkəmizə axını bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə də nəticələnib. Komitə sədri bildirib ki, miqrasiya məsələlərini tənzimləmək, Azərbaycana gələn miqrantların hüquqi vəziyyətinin dəqiqləşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti lazımi fəaliyyət göstərir.
Dövlət Miqrasiya Xidmətindən ölkəmizə gələn miqrantların sayı haqqında məlumat ala bilməsək də, R.Aslanova hesab edir ki, əcnəbilərin miqrasiyası ölkəmizə ciddi problem yaratmayıb. Hazırda onların statusu müəyyənləşməkdədir. Onun fikrincə, bu məsələdə digər ölkələrin təcrübəsindən istifadə olunmalıdır: “Bu gün dünyada miqrantların qəbul edilməsi, yerləşdirilməsi, əməkçi miqrantların statusunun müəyyən edilməsi üçün ən uğurlu təcrübə Kanada və İngiltərənin təcrübəsidir. Dünyadan bu ölkələrə xeyli miqrant axını var. Onlar miqrantları müəyyən kateqoriyalar əsasında qəbul edirlər. İngiltərədə 5 kateqoriya əsasında miqrantlar qəbul edilir. Əsasən, intellektual miqrantlara üstünlük verilir. Eləcə də, tələbələr, işçi miqrantlar var. Azərbaycanda hələ miqrantların kateqoriyaları müəyyən edilməyib. ölkəmizə daha çox işsiz miqrantların gəlməsi üstünlük təşkil edir. Ancaq bu məsələdə məhdudiyyətin qoyulmasına ehtiyac olacaq. Yəqin Azərbaycanın sosial-iqtisadi inkişafı digər dövlətlərin diqqətini cəlb edir. Sözsüz ki, əcnəbilər gəldikcə, bu sahədə qanunvericilik daha da təkmilləşdiriləcək. Bu, eyni zamanda, milli təhlükəsizlik məsələsidir. Elə ölkələr var ki, öz əhalisinin başqa dövlətlərə köç etməsinə maraqlıdır. Hazırda Avropada miqrasiya ən çətin problemlərdən birinə çevrilib. çünki miqrant gəlirsə, özü ilə problem də gətirir. Dövlət həmin miqrantların hüquqlarını qorumaq üçün öhdəliklər götürür”.
Avropada 25 milyondan çox miqrantın olduğunu deyən komitə sədrinin sözlərinə görə, bu qitəyə birinci qrup miqrantlar ötən əsrin əvvəllərində gəlib, ikinci qrup miqrantlar öz ailələri ilə gəlib, üçüncü qrup miqrantlar isə həmin ölkədə doğulub-yaşayanlardır. Hazırda isə bu miqrantlar Avropa dövlətlərindən siyasi hüquqlar tələb edirlər. Cəmiyyətə inteqrasiya olunmuş insanlar proseslərdə fəal iştirak etmək istəyirlər. Dövlət isə onların tələblərini həll etməkdə də məsuliyyət daşıyır. “Məsələn, Almaniyada bəzi miqrantlar icmalar şəklində formalaşıblar. Onlar yaşadıqları ölkələrin dilini bilmirlər, cəmiyyət həyatına inteqrasiya olmurlar, sadəcə öz mədəniyyətlərini, dillərini, ənənələrini qoruyurlar. Belə olanda, cəmiyyətlə miqrantlar arasında ziddiyyətlər yaranır” deyən R.Aslanova hesab edir ki, Avropadakı vəziyyəti görərək biz Azərbaycana gələn miqrantların cəmiyyət həyatına inteqrasiya olunmasına çalışmalıyıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12

