Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Hər bir namizəd üçün bərabər şərait yaradılıb

Siyavuş Novruzov: Hər bir namizəd üçün bərabər şərait yaradılıb

30.03.2018 [10:31]

“Azərbaycanda seçkiöncəsi ictimai-siyasi mühit sabitdir. Ölkəmizdə seçkilərin tam şəffaf və demokratik prinsiplərə uyğun keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi mövcuddur. Bu da imkan verir ki, hər bir prezidentliyə namizəd bərabər şəkildə özünün təbliğat-təşviqat kampaniyasını qursun və seçki prosesini aparsın”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavininin sözlərinə görə, dünya ölkələri ilə müqayisədə prezident seçkilərində namizədliyin irəli sürülməsi mexanizminin ən asan forması məhz Azərbaycandadır: “Yəni 18 yaşı tamam olan, ali təhsilli, 10 il Azərbaycanın ərazisində daimi yaşayan istənilən Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər. Namizədliyin irəli sürülməsinin 3 forması var: Öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupu vasitəsilə və siyasi partiya, siyasi partiya bloku tərəfindən. Yəni hərtərəfli bütün qurumlar üçün şərait yaradılıb ki, əgər bu seçkidə iştirak etmək istəyirsə namizədliyini irəli sürsün və gələcək proqramını vətəndaşlara, seçicilərə çatdırsın. Bu baxımdan da Azərbaycanda olan ictimai-siyasi sabitlik, demokratik inkişaf, insan hüquq və azadlıqlarının qorunması, mətbuat, internet azadlığı və s. hər bir şəxsin özünü tam şəkildə cəmiyyətə təqdim etməsinə imkan yaradır. Bu seçkilərdə bildiyiniz kimi 15 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi. Həmin 15 nəfərdən hamısı qeydə alındı və onlara imza vərəqələri verildi. Onlardan 5 nəfəri həmin imza vərəqələrini geri qaytarmadı. Yerdə qalan 10 nəfər imza vərəqələrini MSK-ya təqdim etdi. Bunlardan ikisinin imzaları və digər sənədləri qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə onların namizədliyi qeydə alınmadı. Beləcə 8 nəfər namizəd artıq qeydiyyata alınıb. Onlar Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində prezident kürsüsü uğrunda mübarizə aparırlar”.
Siyavuş Novruzov deyib ki, hər bir namizəd təbliğatın bütün növlərindən bərabər şəkildə istifadə edir: “Bildiyiniz kimi, yerlərdə məntəqələr qarşısında təbliğat-təşviqat lövhələri quraşdırılıb və onlar öz plakatlarını orada yerləşdirə bilərlər.
Bundan başqa hər bir rayonda qapalı və açıq yerlər müəyyənləşib ki, istənilən namizəd o qapalı və açıq yerlərdə öz təbliğatını aparmaq, seçki platformasını çatdırmaq üçün sözügedən yerlərdən istifadə etmək hüququna malikdir. Artıq namizədlər bunlardan istifadə edirlər və görüşlər keçirirlər. Eləcə də İctimai televiziya və radioda hər həftə 6 saat olmaqla 3 saat televiziya və 3 saat radioda canlı olaraq namizədlərin müxtəlif sahələr üzrə özünün mövqeyini və proqramını seçicilərə çatdırmasından ötrü tam şərait yaradılıb. O cümlədən dövlət qəzetlərində - “Azərbaycan”, “Xalq”, “Bakinski Raboçi”də bu şərait onlara yaradılıb. Namizədlərə ödənişsiz imkan verilib ki, onlar üç həftə ərzində proqramlarını, platformasını, plakatlarını orada yerləşdirə bilsinlər. Bununla belə ödənişli efir vaxtı İctimai televiziyada və özəl kanallarda müəyyənləşib. Əgər kim istəyirsə müqavilə bağlayıb öz təbliğatını orada apara bilər.
Həmçinin bildiyiniz kimi, bu gün yeni texnologiyalar dövrüdür. Dünyanın hər yerində bu texnologiyalardan istifadə olunur. Azərbaycanın ən ucqar dağ kəndlərində belə internet fəaliyyət göstərir. İstənilən internet portalları, saytları və yaxud da qəzetlərində, eləcə də internet televiziyaları ilə müqavilə bağlayıb öz təbliğatlarını apara bilərlər. Qeyd etmək istərdim ki, Azərbaycanda kifayət qədər internet istifadəçisi var. Bir sözlə, hər bir namizəd üçün bərabər şərait yaradılıb. Bu günə qədər istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsində və s. digər məsələlərdə heç bir namizədin bununla bağlı müvafiq şikayəti yoxdur. MSK-ya, dairə seçki komissiyalarına və məhkəmələrə elə bir müraciət daxil olmayıb. ATƏT-in nümayəndələri və “exit-poll” aparan qruplarla namizədlərin görüşləri keçirilib. Bütün namizədlər bildiriblər ki, imzatoplama zamanı heç bir müdaxiləyə rast gəlinməyib və MSK tərəfindən hər bir namizədə lazım olan köməklik və dəstək göstərilib”.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30