Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mirzə-Uluqbek Abdusalamov: Seçicilərin fəallığı onların öz seçki hüquqlarına ciddi yanaşmalarından xəbər verir

Mirzə-Uluqbek Abdusalamov: Seçicilərin fəallığı onların öz seçki hüquqlarına ciddi yanaşmalarından xəbər verir

12.04.2018 [09:52]

Aprelin 11-də Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistan MSK-nın sədri Azərbaycanda prezident seçkilərini müşahidə etdiklərini, səsvermənin şəffaf keçdiyinin şahidi olduqlarını söyləyib. O, seçicilərə sərbəst şəkildə səs vermələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Mirzə-Uluqbek Abdusalamov səhər saatlarından apardıqları müşahidələr zamanı məntəqələrdə seçicilərin növbəsinin şahidi olduqlarını, bunun vətəndaşların öz seçki hüquqlarına ciddi yanaşmasından xəbər verdiyini bildirib.
MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinin təşkili ilə əlaqədar görülən işlər barədə məlumat verib. O, prezident seçkilərində Özbəkistan nümayəndələrinin müşahidəçi kimi iştirakından məmnunluğunu bildirib.
Ölkəmizin seçki təcrübəsi barədə danışan Məzahir Pənahov bu təcrübənin prosesi izləyən beynəlxalq müşahidəçilər tərəfindən də qeyd edildiyini söyləyib.
MSK sədri seçkilərin yüksək səviyyədə təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 421 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30