Prezident İlham Əliyev: Enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir
17.04.2018 [08:56]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 55-ci kitabı çapdan çıxıb
Enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüslər dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdaşlarla həm Azərbaycanda, həm xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu bizim üçün yeni bir prosesdir. Ancaq biz buna hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost kimi tanınır. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqlarımızı da təmin etməlidir.
AZƏRTAC xəbər verir ki, “İnkişaf məqsədimizdir” çoxcildliyinin 55-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2013-cü il fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 55-ci kitabındakı materiallar 2013-cü ilin fevralından aprelinədək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Baku” jurnalına müsahibəsinin mətni ilə başlanır.
Nəşrdə dövlətimizin başçısının Xorvatiyaya, Monteneqroya rəsmi səfərləri zamanı apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar, Monteneqronun “Pobjeda” qəzetinə müsahibəsinin mətni, habelə Serbiya, Gürcüstan prezidentlərinin Azərbaycana rəsmi səfərləri zamanı keçirilən tədbirlərlə bağlı informasiyalar toplanıb.
Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Küveyt, İtaliya, İran, Avstriya, Rumıniya, Böyük Britaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Kanada, Türkiyə, Çin, İsveçrə və digər dövlətlərin, ATƏT, ISESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XVI iclasının, “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Qəbələdə keçirilmiş beynəlxalq konfransın iştirakçıları ilə görüşlərinə və digər beynəlxalq tədbirlərdə iştirakına dair materiallar daxil olunub.
Nəşrin 55-ci kitabında dövlətimizin başçısının Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafının təmin olunmasına, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri, həmçinin Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması mərasimində iştirakına dair informasiya yer alıb. Bu kitabda, eyni zamanda, Prezidentin Bakının ev sahibliyi etdiyi “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) açılışında iştirakı, çıxışının mətni, forum iştirakçıları ilə apardığı mükalimə və müzakirələrə dair materiallar da verilib.
Bu cilddə, həmçinin Azərbaycan Prezidentinin Azərbaycan Ağsaqqallar Şurasının IV qurultayına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisinə müraciətləri, Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalına, “Rossiya-24” telekanalına müsahibələri yer alıb.
Kitabda dövlətimizin başçısının Qəbələ rayonuna səfərinə, burada ictimaiyyət nümayəndələri ilə görüşünə, bölgədə, eləcə də paytaxtda infrastruktur obyektlərinin tikintisi ilə tanışlığına və açılış mərasimlərində iştirakına dair materiallar yerləşdirilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 55-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

