/ / İşğalçı Ermənistan və onun terror aktlarında iştirak etmiş avtoritar hakimiyyəti Avropa ailəsi üçün qara ləkədir
İşğalçı Ermənistan və onun terror aktlarında iştirak etmiş avtoritar hakimiyyəti Avropa ailəsi üçün qara ləkədir
25.04.2018 [09:00]
Avropa Şurası və onun struktur təşkilatlarının məqsədi üzv ölkələrdə demokratiyanın inkişafı, fundamental insan hüquq və azadlıqlarının müdafiəsi və dəstəklənməsi, beynəlxalq hüquq standartlarının qəbulu və tətbiqini təşviq etmək, ona dəstək verməkdir. Üzv ölkələr isə təşkilatın sıralarına daxil olarkən bu məsələlərlə bağlı öhdəliklər götürür, ölkədə idarəetməni, qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırmaq, öhdəliklərini icra etmək üçün praktik addımlar atır və atmalıdır. Çox təəssüf ki, Avropa Şurasına üzv ölkə olan Ermənistan ötən 17 ildə təşkilata daxil olarkən üzərinə götürdüyü heç bir öhdəliyə əməl etməyib, əksinə, bütün çağırışları qulaqardına vurub. Ermənistan bu gün Avropa Şurasının üzvü olan başqa bir dövlətin ərazilərini işğal edən, 25 ildir işğalçılıq siyasətini davam etdirən yeganə üzv dövlətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib.
O qeyd edib ki, Ermənistan mülki əhalini kütləvi şəkildə qətlə yetirib, azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirib, tarixi abidələrimizi məhv edib. Bunlar Ermənistan dövlətinin işğalçı mahiyyətindən irəli gəlir. Eyni zamanda, Ermənistan hakimiyyətinin qanunsuz avtoritar fəaliyyətinə həm də beynəlxalq təşkilatların ikili standartları rəvac verib. Ermənistanın işğalçılıq siyasətinə, ölkədə demokratik dəyərlərin, insan hüquqlarının pozulmasına, hakimiyyətdəki hərbi xuntanın təmsilçilərinin törətdikləri cinayətlərə göz yumulması, bəzi beynəlxalq dairələrin loyal münasibəti, Ermənistana qarşı lazımi sanksiyaların, cəzaların tətbiq olunmaması, səhra komandiri Serj Sarkisyanın özünü sanki cəzasızlıq mühitində hiss etməsi bu kriminal hakimiyyəti şirnikləndirib.
“Vaxtilə Ermənistan parlamentinin gülləboran edilməsi, siyasətçilərin qətli, qanlı mart hadisələri, bu gün isə kütləvi etirazlarda Ermənistan polisinin insanlara qarşı qeyri-insani davranışları, yüzlərlə nümayişçinin həbsi, onlara qarşı güc tətbiqi də bir daha Sarkisyanın kriminal rejiminin, işğalçı ölkədə idarəetmə institutlarının antidemokratik, despot mahiyyətini ortaya qoyur”, - deyə S.Qafarova diqqətə çatdırıb. Deputat bildirib ki, Ermənistanda Serj Sarkisyan əleyhinə etiraz aksiyaları əslində gözlənilən idi. Çünki Serj Sarkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb. Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı hakimiyyətin təzyiqləri artıb. Ölkənin bütün sənaye müəssisələrini, enerji sektorunu faktiki olaraq xarici şirkətlərə satan Serj Sarkisyan hakimiyyəti erməni diaspor təşkilatlarını da narazı salıb ki, bu da diaspor təşkilatlarından gələn ianələrin dayandırılmasına səbəb olub və ölkəni daha da acınacaqlı vəziyyətə salıb.
“Azərbaycana qarşı işğalçılıq siyasətinə görə bütün regional proseslərdən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar vermək mümkün deyil. Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır. İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terror aktlarının iştirakçılarından olan Serj Sarkisyan və onun cinayətkar komandasıdır”, - deyə S.Qafarova vurğulayıb.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Serj Sarkisyanın öz hakimiyyətinin ömrünü uzatmaq üçün saxtakarlıqlara əl atması, xalqının iradəsini tanımaması erməni xalqının səbrini daşırdı. Tam məsuliyyətlə deyə bilərik ki, işğalçı Ermənistan dövləti və onun terror aktlarında, soyqırımlarında iştirak etmiş avtoritar hakimiyyəti qabaqcıl Avropa ailəsi üçün qara ləkədir. Bu ləkəni təmizləmək də yenə də qabaqcıl Avropa ailəsinin borcudur.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

