Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Eldar İbrahimov: Ermənilər başa düşməlidirlər ki, öz ölkələrinin gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir

Eldar İbrahimov: Ermənilər başa düşməlidirlər ki, öz ölkələrinin gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir

25.04.2018 [09:12]

“Azərbaycan xalqının qanına əli bulaşan birinin hakimiyyətdən qovulması hər bir azərbaycanlını, o cümlədən də məni sevindirir. Serj Sarkisyan qatildir, o, torpaqlarımızın işğalında birbaşa rol oynayıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə də Sarkisyan rejimi imkan verməyib. Onun sözlərinə görə, S.Sarkisyanın hakimiyyəti illərində qeyri-konstruktiv mövqe nümayiş etdirilib, müxtəlif bəhanələrlə, təxribatlarla sülh danışıqları pozulub.
“Sarkisyan rejimi Ermənistan əhalisinə də zülm edib. O, Ermənistanı dərin böhrana düçar edib, əhali yoxsuldur. Ona görə də insanlar həmin ölkəni tərk edirlər. Vaxtilə ATƏT PA-nın tədbirləri çərçivəsində ermənilərlə görüşlərimiz olub. Onlar səmimi söhbət zamanı deyirdilər ki, “bizə Qarabağ lazım deyil. Ermənistan bütün beynəlxalq layihələrdən təcrid olunub. Ermənistan dağılır, insanlar acından ölürlər. Bizim Qarabağla nə işimiz var?!” Yəqin ki, Sarkisyanın istefası ilə Qarabağ klanının hakimiyyətinə son qoyulacaq. İnanmaq istəyirəm ki, yeni hakimiyyətə gələn qüvvələr reallıqları dərk edəcək və erməni hərbi birləşmələrini Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkəcəklər. Bununla da, regionda sülh bərqərar ola bilər. Ermənilər başa düşməlidirlər ki, öz ölkələrinin gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30