Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir
27.04.2018 [09:26]
Azərbaycanda keçirilən azad, ədalətli və demokratik seçkilər bayram əhval-ruhiyyəsi, Ermənistanda keçirilən seçkilər isə kütləvi etirazlarla müşayiət olundu
Hər bir dövlətdə xalqın iradəsini ifadə edən seçkilər demokratik inkişafın əsas göstəricisi sayılır. Hüququn aliliyini özünün dövlətçilik ənənəsinin əsası hesab edən bütün ölkələrdə seçkilər hakimiyyətin formalaşmasının təməlidir. Bu mənada xalq seçdiyi hakimiyyətin fəaliyyətinə, öz gələcəyinə məhz seçkilərdə qərar verir.
Bilindiyi kimi, 2018-ci il ölkəmiz üçün də seçkilər ili oldu. Belə ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi və ölkə başçısı İlham Əliyev xalqımızın mütləq seçimi əsasında yenidən Prezident seçildi. Ölkəmizin müasir inkişafını təmin edən cənab İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycan xalqı tərəfindən əsl bayram ab-havasında qeyd edildi.
2018-ci il işğalçı ölkə olan Ermənistanda da seçki ili kimi yadda qaldı. Bu ilin martında 10 il Ermənistan prezidenti olmuş Serj Sarkisyan öz postunu Armen Sarkisyana təhvil verdi. Bir müddət öncə ölkəsində referendum təşkil edən Serj Sarkisyan hakimiyyətə nəzarəti öz əlində saxlamaq üçün Ermənistanı parlamentli respublika üsul-idarəsinə keçirərək baş nazir olmaq iddiasını ortaya qoymuşdu. Amma aprelin 13-dən başlayaraq erməni xalqının buna etiraz etməsi onun işini çətinə saldı. Nəticədə aprelin 17-də Ermənistan parlamentində özünü baş nazir elan etdirən Sarkisyan bu postda cəmisi bir neçə gün qala bildi. Etirazların kütləviləşməsi və xalqın açıq şəkildə ona qarşı çıxması Sarkisyanın istefa verməsi ilə nəticələndi.
Göründüyü kimi, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Bu gün Yerevanda cərəyan edən gərginliyin, bunun qarşılığında isə Bakıda “Formula 1” yarışlarına hazırlığın fotoları hər iki ölkədə kəskin fərqli mənzərəni aydın şəkildə ortaya qoyur. Ermənistanda narazı xalq yeni prezident Armen Sarkisyanı və köhnə prezident Serj Sarkisyanı qəbul etmir, kəskin siyasi hakimiyyət böhranı yaranıb. Bu ölkədə siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki iqtidardan yalnız bir adam getməyib - “Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub. Bu isə onu deməyə əsas verir ki, Ermənistanda klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma “DQR”lə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək. Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalətin hökm sürdüyü, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycanda seçkinin nəticələri xalqın iradəsini əks etdirir və Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə növbəti 7 ildə ölkənin Prezidenti olacaq: “Cənab Prezidentimizin apardığı qətiyyətli siyasi kurs hər zaman xalqımızın ali mənafeyinə söykənir. Prezident İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə imkan vermir. Azərbaycanı qarışdırmaq istəyən bəzi antimilli mərkəzlərə lazımi cavablar verilir. Ölkə başçısı anti-azərbaycançı çevrələrin ittihamlarına baxmayaraq, Azərbaycanı dünyada baş verən iqtisadi böhrandan və “inqilab eksperimentləri”ndən qoruyur, ölkənin müstəqil qərarlar vermək hüququnu heç kimə güzəştə getmir, həmçinin ölkəmizi müxtəlif siyasi qütblərin təzyiqlərindən qoruyur. Aparılan müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan stabil, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkədir. Bu gün Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur. Ermənistanda isə küçəyə axışıb inqilab edənlər demokratiya yox, sadəcə insan kimi yaşamaq, ailələrini dolandırmaq, ac qalmamaq haqqı tələb edirlər. Ermənistanın rəsmi statistika qurumu bu ölkədə yoxsulluğun 30 faizdən yuxarı olduğunu etiraf edir, qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir”.
Milli Məclisin üzvü Tahir Rzayev də bu gün Azərbaycanla Ermənistan arasında müqayisə edilməyəcək qədər fərqin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir: “Bunun nəticəsidir ki, hər iki ölkədə keçirilən seçkilər fərqli nəticələr verdi. Azərbaycanda inkşafa doğru islahatlar aparılır, yeni hökumət formalaşdırıldı, sabitlik daha da möhkəmləndi. Ermənistanda isə seçkilərdən sonra siyasi xaos başladı, insanlar küçələrə axışdı. Serj Sarkisyanın hakimiyyətdən gedişi hələ illər öncəsi baş verməli idi. Sarkisyan hakimiyyəti silah gücünə qoruyub saxlayırdı. Ermənistan xalqı onu istəmirdi, o, təkcə Azərbaycan xalqının deyil, öz xalqının da düşmənidir. O, uzun müddət işğalçılıq siyasəti yeridərək xalqı məhvə məhkum edib. Ermənistan çökmüş və başqa ölkələrdən asılı, ianələrlə dolanan bir respublikadır, özünün heç bir siyasəti yoxdur, ölkədə demokratiya, söz azadlığı yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridir, heç kimin torpaqlarında gözü yoxdur. Azərbaycan Prezidenti düzgün siyasət həyata keçirir, ölkə iqtisadiyyatı inkişaf edir, ölkənin beynəlxalq aləmdə nüfuzu artır və Azərbaycan bütün layihələrə öz imzasını qoyur. Ermənistan isə bütün beynəlxalq layihələrdən kənarda qalıb. Ona görə də Sarkisyan getməli idi”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27

