/ / BMT Baş Assambleyasının komitə iclasında Azərbaycana qarşı həyata keçirilən dezinformasiya kampaniyaları pislənilib
BMT Baş Assambleyasının komitə iclasında Azərbaycana qarşı həyata keçirilən dezinformasiya kampaniyaları pislənilib
03.05.2018 [09:38]
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Hikmət Hacıyev ənənəvi və onlayn media, həmçinin sosial şəbəkələr vasitəsilə saxta xəbərlər, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu qeyd edib, “ideoloji təcavüz”, “informasiya müharibəsi” və ya “hibrid müharibəsi” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.
Bu xüsusda, XİN rəsmisi BMT Baş Assambleyasının hələ 1947-ci ildə 108-ci plenar iclasında “Propaqandaya qarşı tədbirlər” adlı qətnamə qəbul edərək sülhə qarşı təhdidi, sülhün pozulmasını və ya təcavüz aktını ruhlandıran bütün növ propaqanda formalarını qınadığını xatırladıb və Azərbaycanın təcrübəsi ilə bölüşüb.
O deyib: “SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü “informasiya təcavüzü” və “informasiya müharibəsi” ilə üzləşmişdir. Ermənistan BMT nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propaqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya “hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.
Hikmət Hacıyev Ermənistanın beynəlxalq media nümayəndələrini çaşdıraraq müxtəlif bəhanələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edilməsi məsələsinə də diqqəti çəkib, bəzi hallarda bu kimi səfərlərin etik və obyektiv jurnalizm prinsiplərinə zidd olaraq, propaqanda məqsədilə istifadə olunduğunu diqqətə çatdırıb. “Biz beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşırıq. Amma xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd-keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır”, - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana qarşı olan yeganə propaqanda və dezinformasiya mənbəyi olmadığını deyən Hikmət Hacıyev birinci Avropa Oyunları dövründə ölkəmizə qarşı aparılan və hətta “psixoloji müharibə” səviyyəsinə çatdırılan propaqanda və dezinformasiya kampaniyaları barədə ətraflı danışıb və bir çox aparıcı media orqanlarının bu prosesdə iştirak etməsinin təəssüf və narahatlıq doğurduğunu vurğulayıb. O, hər hansı bir fakt ortaya qoymadan və cavab hüququna imkan vermədən ölkəmizə qarşı bu qəbildən olan qarayaxma və dezinformasiya kampaniyalarının hələ də aparıldığını BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bu kimi propaqanda və dezinformasiya əməllərinə qarşı mübarizədə Azərbaycanın media plüralizminin inkişafı və medianın peşəkarlığının artırılmasının dəstəklənməsinə üstünlük verdiyini qeyd edən Hikmət Hacıyev medianın müstəqilliyini qorumaqla və ona hörmət etməklə ölkəmizin medianın inkişafı üçün müxtəlif proqramlar həyata keçirdiyi barədə danışıb. Həmçinin cəmiyyətin savadlılıq və məlumatlılıq səviyyəsinin yüksək olmasının xüsusən xaricdən qaynaqlanan propaqanda və dezinformasiyaya qarşı effektiv vasitə olduğunu bildirib.
O, bu sahədə BMT-nin rolunun artırılmasının vacibliyinə toxunub və BMT-nin strateji kommunikasiya siyasətinə dəstək məqsədilə ölkəmizdə milli səviyyədə BMT-nin məqsəd və məramlarının, Davamlı inkişaf məqsədlərinin təşviq olunması istiqamətində media müstəvisində həyata keçirilən tədbirlər barədə məlumat verib. H.Hacıyev BMT-nin gələcək qlobal kommunikasiya fəaliyyətində multikulturalizm və sivilizasiyalararası dialoq məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
Bununla bərabər, o, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edib, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyini diqqətə çəkib.
Qeyd edək ki, BMT Baş Assambleyasının informasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasiya məkanının yaradılması ilə sülhün gücləndirilməsinə töhfə vermək kimi məsələlər daxildir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

