Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı səhifələrindən biridir
08.06.2018 [08:55]
Məlum olduğu kimi, Azərbaycan xalqı böyük dövlətçilik tarixinə malikdir. Bu baxımdan, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti də milli dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. Bu il mayın 28-də isə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam oldu. Azərbaycan xalqının milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.
Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir.
Cümhuriyyət xalqımızın tarixində silinməz izlər qoydu
Əlbəttə ki, Xalq Cümhuriyyətinin tarixi bu günə qədər çox geniş araşdırılıb, elmi-tarixi əsərlər çap olunub, eləcə də dövri mətbuatda müntəzəm olaraq yazılar nəşr edilir, filmlər çəkilir. Çünki ötən əsrin əvvəllərində mürəkkəb geosiyasi proseslər fonunda 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz izlər qoydu. Eyni zamanda, Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri (Qafqaz İslam Ordusu) ilə birlikdə Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra - avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşlığı haqqında qanun da qəbul olundu.
Ən önəmli uğurlardan biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Bütün bunlarla yanaşı, Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. Həmin iclasda Azərbaycan ərazisində yaşayan bütün millətlərin parlamentdə təmsil olunması qərarı verildi. Azərbaycan Milli Şurası ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi.
Beləliklə, 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.
Azərbaycan Parlamenti tarixi qərarlar qəbul etdi
Azərbaycan Parlamentinin ilk iclaslarında onun işində iştirak edən partiya fraksiya və qrupları özfəaliyyət proqramları haqqında bəyanatlar verirdilər. Bu bəyanatlarda ümumi bir məqsəd diqqəti cəlb edirdi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və hökumətlərlə, xüsusilə qonşu hökumətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.
Qeyd edək ki, parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunmuşdu. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdı. Qalan 130 iclasdan ikisi tarixi, dördü təntənəli, digər ikisi isə fövqəladə iclas olub. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə vəziyyəti, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və s. məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan qanun layihələri, bir qayda olaraq, yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi.
Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun isə xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi.
Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə mühüm mərhələni təşkil edir
Onu da qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir. Həmin dövrdə cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox tarixi bir missiyanı yerinə yetirdi. AXC o dövrdə hətta bir sıra Qərb dövlətlərindən də əvvəl demokratik islahatlar həyata keçirdi. Sadalananlarla yanaşı, orta və ibtidai məktəblərdə təhsilin ana dilində aparılması haqqında qanunun qəbulu, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etdi. AXC bu inqilabi qərarı verərkən bu gün Qərbdə demokratik dəyərləri ilə öyünən bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, sonradan Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında AXC-nin yaradılmasının mühüm rolu olub. Ümummilli liderimiz Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. O dövrü şərh edən Ümummilli lider Heydər Əliyev bildirib: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir”.
Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib. Həmçinin Cümhuriyyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli liderin Sərəncamı çox mühüm tarixi əhəmiyyətə malik idi.
Bu gün Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir: “İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır”.
Beləliklə, hazırda müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, o dövrdə əsası qoyulan demokratik prinsipləri uğurla həyata keçirir. Bu gün müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Dövlətimizin qlobal əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrinin müəllifi olması, 155 dövlətin dəstəyi ilə dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və digər mühüm faktları qeyd etmək kifayətdir ki, hər bir azərbaycanlı müstəqil ölkəmizlə qürur duysun. Heç şübhəsiz ki, bu gün müstəqil Azərbaycanın möhtəşəm nailiyyətləri, beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilməsi Xalq Cümhuriyyətinin qurucularının da ruhunu şad edir. Bir sözlə, ötən əsrin əvvəllərində “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı ilə yaranan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, həmin əsrin sonunda müstəqilliyimiz bərpa olundu. “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”, - deyə bəyan edən Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət isə dövlətimizin müstəqilliyini sarsılmaz edir, onu daha da qüdrətləndirir və dünya miqyasında güclü ölkəyə çevirir.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

