ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
23.06.2018 [09:30]
Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti iyunun 22-də Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Cənubi Qafqaz ölkələrinə həyata keçirilən bu səfərin ATƏT-in və onun institutlarının bu regionda gedən prosesləri dərindən öyrənməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, səfər regiondakı prosesləri təhlil etməyə və ölkələrin mövqelərini müəyyənləşdirməyə öz töhfəsini verəcək. Bu baxımdan səfər çox vacibdir və Azərbaycan buna çox böyük əhəmiyyət verir.
Bahar Muradova bu il Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini deyib. Bildirib ki, Azərbaycan 100 il bundan əvvəl Şərqdə demokratik cümhuriyyət qurulması istiqamətində addım atıb, qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verib. Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində çox böyük təcrübəsi var.
Milli Məclis sədrinin müavini söyləyib ki, Azərbaycan heç bir təhlükəsizlik alyansına, hərbi bloka üzv olmayan ölkədir. Odur ki, bizim həm ATƏT-lə, həm ona üzv və digər ölkələr ilə münasibətdə siyasətimiz müəyyən meyarlara əsaslanır. Azərbaycan hesab edir ki, Avropa təhlükəsizlik arxitekturası hazırda növbəti böhran dövrünü yaşayır. Bu, həm Avropanın özündə, həm də digər regionlarda baş verən hadisələr nəticəsində meydana gəlib.
Azərbaycanın ATƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən Bahar Muradova deyib ki, ölkəmizin Parlament Assambleyasında fəaliyyət göstərən daimi nümayəndələri var. Azərbaycan bu nümayəndə heyəti ilə birlikdə ATƏT Parlament Assambleyasının ümumi prioritetlərinin formalaşmasında və siyasətinin həyata keçirilməsində iştirak edir.
Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronik Roje Lakan bildirib ki, Azərbaycan ATƏT dəyərlərinin təşviqində önəmli rolu olan üzvdür. ATƏT Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
İtaliyanın ATƏT yanında daimi nümayəndəsi, Daimi Şuranın sədri Allesandro Azzoni də Avropada təhlükəsizlik arxitekturasının böhran yaşadığını deyib. O, qarşılıqlı təcrübə mübadiləsi üçün dialoqların qurulmasının önəmini vurğulayıb. Bildirib ki, bu səfər Azərbaycanla ATƏT arasındakı əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcək.
Sonra Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Fərəc Quliyev, Araz Əlizadə, Asim Mollazadə, Tahir Kərimli, Elşən Musayev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Sevinc Fətəliyeva, Azay Quliyev ATƏT-lə Azərbaycan arasındakı əlaqələrdən söz açıblar. Bildirilib ki, ATƏT-ə üzv ölkələrlə Azərbaycanı birləşdirən ikitərəfli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq iqtisadi, ticarət, enerji, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət verir. Eyni zamanda, Avropa ilə Azərbaycanı strateji əməkdaşlıq birləşdirir. Bu gün dünyada terrorçuluq, işğal, münaqişələr geniş yayılıb. Bu vəziyyətdə təbii ki, bizi, ilk növbədə, birləşdirən sabitliyin, sülhün bərqərar olmasıdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var. Onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülür, lakin bu insanların ən böyük arzusu doğma torpaqlarına qayıtmaqdır. Görüşdə ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı prinsipial mövqe sərgiləmədiyi təəssüflə qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

