/ / Almaniya hökuməti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan etdi
Almaniya hökuməti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan etdi
11.10.2018 [08:31]
Artıq Ermənistan dünyanı öz yalanlarına inandıra bilmir
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət strategiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Başqa sözlə, beynəlxalq hüquqa və ədalətə söykənərək Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq ölkəmiz üçün başlıca prinsipial və prioritet məsələlərdən biridir. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün çoxşaxəli fəaliyyətini davam etdirir. Belə ki, Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır.
Beləliklə, Ermənistanın qeyri-konstruktiv mövqeyini, daha doğrusu, işğalçılıq siyasətini sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Elə dünyanın ən inkişaf etmiş, güclü dövlətlərindən biri olan Almaniyanın bu günlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımasını bir daha bəyan etməsi də dövlətimizin növbəti diplomatik uğurudur. Belə ki, Almaniya mediasının yaydığı məlumata görə, Bundestaqın sağçı radikal AfD fraksiyası AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub: “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib”.
Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Almaniya hökumətinin bu mövqeyi beynəlxalq hüquq normalarına, BMT-nin nizamnaməsinə tam uyğundur. Onun sözlərinə görə, Almaniya dünyanın ən güclü dövlətlərindən biri, Avropa İttifaqının isə ən aparıcı ölkəsidir: “Əlbəttə ki, Almaniya hökuməti bu mövqeyi ilə həm də özünün ərazi bütövlüyünə, beynəlxalq hüquq normalarına, BMT-nin qərarlarına hörmətlə yanaşdığını nümayiş etdirir. Eyni zamanda, bu, Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Prezident İlham Əliyevin prinsipial mövqeyinin uğurlu nəticəsidir. Məhz bunun nəticəsində ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik cəbhədə Ermənistana qalib gəlir, işğalçı ölkə artıq dalana dirənib. Bu gün Ermənistan dünyanı öz yalanlarına inandıra bilmir”.
Millət vəkili onu da deyib ki, Azərbaycan uğurlu siyasəti nəticəsində dünyada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir, beynəlxalq müstəvidə nüfuzu daha da artır: “Hesab edirəm ki, Almaniya hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin əsasında məhz bu amil dayanır. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlər yaxın vaxtlarda öz bəhrəsini verəcək”.
“Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir”. Bu fikirləri isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, ötən illər ərzində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkə Prezidenti İlham Əliyevin qətiyyətli mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb: “Dünya ictimaiyyəti anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Yəni Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Almaniya hökumətinin mövqeyi də bu baxımdan əhəmiyyətlidir. Nəzərə alaq ki, Almaniya həm də ATƏT-in Minsk qrupunun üzvüdür. Bütövlükdə, dünya dövlətləri, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Münaqişənin danışıqlar yolu ilə həlli prosesində bu amil bizim üçün çox böyük üstünlük təşkil edir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

