Azərbaycanın Baş naziri Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini ilə görüşüb
19.10.2018 [09:03]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın qarşıdan gələn milli bayramı - Müstəqillik Günü münasibətilə Rəşid Meredovu təbrik edən Novruz Məmmədov Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Baş nazir Novruz Məmmədov ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, Rəşid Meredovun səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb. “Siyasi sahədə əlaqələrimiz inkişaf edir. Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının, parlamentlərarası dostluq qruplarının, səfirliklərimizin fəaliyyəti ilə yanaşı, bu cür səfərlər münasibətlərimizin dərinləşməsinə töhfə verir”, - deyə Baş nazir Novruz Məmmədov vurğulayıb.
İki ölkə arasında iqtisadi sahədə əlaqələri birgə səylərlə daha da inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu qeyd edən Azərbaycanın Baş naziri dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə yükdaşımaları, energetika sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.
Bakıya ölkələrimizin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə gəldiyini deyən Rəşid Meredov qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkmənistanın qarşılıqlı olaraq mədəniyyət günlərinin və birgə xalça sərgilərinin keçirilməsi imkanları ilə bağlı, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54

