Baş nazir Novruz Məmmədov BMT Baş katibinin müavini ilə görüşüb
30.11.2018 [10:27]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 29-da ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT-nin Avropa İqtisadi Komissiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycan ilə BMT və onun strukturları arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Novruz Məmmədov qeyd edib ki, respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti istiqamətləri müəyyənləşdirir. Baş nazir BMT Baş katibinin müavininin ölkəmizə səfərinin bu əməkdaşlığa öz töhfəsini verəcəyinə əmin olduğunu deyib.
Azərbaycan Hökuməti ilə BMT-nin Avropa İqtisadi Komissiyası arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığa dair Birgə Bəyanatın imzalanmasını dəyərləndirən Baş nazir diqqətə çatdırıb ki, ölkəmiz ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib.
Azərbaycanın və onun yerləşdiyi regionun əhəmiyyətini vurğulayan BMT Baş katibinin müavini Olqa Alqayerova ölkəmizə səfərindən məmnun olduğunu bildirib. Bakıda keçirdiyi görüşlərdə Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə əlaqədar bir sıra məsələlərin müzakirə olunduğu qeyd edən qonaq bunun nəticəsi kimi Birgə Bəyanatın imzalandığını diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun su, ekologiya, energetika, nəqliyyat, statistika, ticarətin asanlaşdırılması və digər məsələlərlə məşğul olduğunu bildirən Olqa Alqayerova Azərbaycan ilə əməkdaşlıqdan məmnun olduğunu deyib. O, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə birgə dəstək verməyin vacibliyini bildirib.
Avropa İqtisadi Komissiyasının Azərbaycan ilə regional formatda da işlədiyini söyləyən Olqa Alqayerova bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

