Ulu öndər Heydər Əliyev xalqımızın və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib
12.12.2018 [10:07]
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayıb, Ümummilli liderin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətin nəticələrinin zaman keçdikcə daha aydın göründüyünü söyləyib. Qeyd edib ki, bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülüb, ən yüksək dəyərlər səviyyəsində qiymətləndirilib və milli inkişafın strateji proqramı kimi qəbul olunub.
Akademik bildirib ki, müasir Azərbaycanın hər bir sahəsində Ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünür və bu istiqamətlər sırasında elm sahəsinin xüsusi yeri var. A.Əlizadə söyləyib ki, həm sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib: “Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. Elmə belə həssas münasibətin bütün respublika miqyasında yaratdığı intellektual atmosferdə elm və mədəniyyət xadimləri elmi potensialın qorunması, inkişaf etdirilməsi işinin milli dövlət quruculuğundakı əhəmiyyətini daha dərindən anlayıb, Ulu öndərin verdiyi mənəvi stimul alimlərimizi yeni-yeni elmi nailiyyətlərə ruhlandırıb”.
Akademik A.Əlizadə Ümummilli liderin sovet hakimiyyəti illərində həyata keçirdiyi elm siyasətinin nəticəsi olaraq qazanılan nailiyyətlərin Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafının əsas dayaqları olduğunu vurğulayıb. Bildirib ki, bu gün AMEA-nın tarixinə nəzər salarkən bu elm məbədinin xalqımızın tarixi taleyində necə mühüm rol oynadığının bir daha şahidi oluruq: “Akademiyanın inkişafının böyük bir mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb”.
1969-cu ildə Ümummilli liderin hakimiyyətə gəldiyi zaman Azərbaycanın aqrar bir respublika olduğunu diqqətə çatdıran akademik həmin dövrdə ölkəmizdə yeni mərhələnin başlandığını bildirib. Onun sözlərinə görə, elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən Ulu öndərin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində ötən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf edib, astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm nailiyyətlərə imza atılıb.
AMEA-nın prezidenti həmçinin deyib ki, Ulu öndər Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoyub. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışan AMEA prezidenti Ulu öndərin müstəqillik illərində yenidən hakimiyyətə gəlişindən sonra bu sahədə növbəti inkişaf mərhələsinin başlandığını, geniş islahatların aparıldığını diqqətə çatdırıb.
A.Əlizadə Ulu öndər Heydər Əliyevin daim alimlərimizin, ziyalılarımızın əməyini yüksək qiymətləndirdiyini söyləyib. O qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ulu öndərimizin elm siyasətini uğurla davam etdirir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə bildirib ki, Ümummilli lider Heydər Əliyev haqqında danışarkən bir məqamı qeyd etməmək mümkün deyil: “Şəxsiyyətlərin miqyası, bir tərəfdən, onların öz zamanlarında gördükləri işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi ilə, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən, bu fəaliyyətin tarixdə əks-sədasıyla, uzun illər, dövrlər müddətində hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir. Bu danılmaz həqiqəti kimsə inkar edə bilməz. Bu gün dünya miqyasında tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın geniş siyasi meydanına 1969-cu ildə çıxdı. Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər Əliyev şəhəri gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları Özü Öz gözləriylə əyani şəkildə müşahidə edir və yerindəcə günahkarların cəzasını verirdi. Belə faktlar da əhalidə yeni ədalətli rəhbərin iş başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında fikirlərin geniş yayılmasına səbəb olurdu. Bu üsul, təbii ki, ən qısa bir müddətdə davam edə bilərdi, çünki tezliklə respublikanın yeni rəhbərini hamı üzdən də tanımağa başladı və Heydər Əliyev qanun pozuntularına qarşı mübarizəsini başqa, daha geniş miqyasla davam etdirdi”.
Xalq yazıçısı qeyd edib ki, sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük quruculuq işləri həyata keçirdi, respublikamızın siması əhəmiyyətli dərəcədə dəyişdi: “Bilirsiniz ki, O, rəhbər seçilənə qədər Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalanlardan biri idi. Amma Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan hərtərəfli inkişaf etdi. Onun hakimiyyəti illərində xalqın özünüdərki, milli şüurun oyanışı baxımından da mühüm nəticələr əldə olundu. Ulu öndərimiz müstəqilliyimizin dönməzliyini təmin etdi. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi”.
“Mən Ümummilli lider Heydər Əliyevi ilk dəfə sovet dövründə komsomolun qurultayında görmüşəm, Onun iştirak etdiyi həmin qurultayda çıxış etmişdim. Sonra isə dəfələrlə görüşmüşük. O, Moskvada işləyəndə də görüşmüşük, vəzifədən istefa verəndən sonra da əlaqələrimiz olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri olanda da Onunla Naxçıvanda görüşmüşəm. Eləcə də müstəqillik illərində Heydər Əliyev dövlət başçısı olarkən dəfələrlə görüşümüz olub. Heydər Əliyev xarici səfərlərə gedəndə yazıçıları da aparırdı və mən də Onun bir neçə səfərində iştirak etmişəm”, - deyən AYB-nin sədri Ulu öndər Heydər Əliyevə müraciətlərinin həmişə müsbət cavablandığını söyləyib. Onun sözlərinə görə, müstəqillik illərində Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra AYB, onun qəzet və jurnalları dövlət büdcəsi hesabına maliyyələşdirildi: “Çünki ədəbi jurnal və qəzetlər olmadan ədəbiyyat inkişaf edə bilməz. Heydər Əliyevin bu qayğısı Azərbaycan ədəbiyatının xilası idi. Eləcə də yazıçıların yubiley tədbirləri olanda, təşkilatımızın qurultaylarında Ulu öndər Heydər Əliyevə müraciət edirdik və həmişə Ondan xoş münasibət görürdük”.
“Ulu öndər Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu. Bu gün müstəqil dövlətimiz möhkəm təməllər üzərində qurulub. Yəni müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsidir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, həqiqətən, Heydər Əliyev xalqımızın əbədi milli sərvətidir.
2003-cü ildən keçən zaman ərzində cərəyan edən proseslər, Azərbaycanın Heydər Əliyev yolu ilə gedərək yeni-yeni uğurlar əldə etməsi dahi şəxsiyyətin bütün digər məsələlər kimi, siyasi varislik məsələsində də yanılmadığını sübuta yetirdi. Hörmətli Prezidentimiz İlham Əliyev Ulu öndərimizin layiqli davamçısıdır. O cümlədən Prezidentimizin ədəbiyyata diqqətini də hiss edirik. O, yaradıcı təşkilatlara hər zaman qayğı göstərir. Bəzən cahil fikirlər səslənir ki, AYB, yaradıcılıq təşkilatları nəyə lazımdır. Bunlara yaxşı cavablardan biri də dövlət başçısının Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə verdiyi yüksək qiymətdir”, - deyə AYB sədri vurğulayıb.
“Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqımızın və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, Ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqının tərkibində respublikamızda rəhbər vəzifələrdə çalışdığı dönəmlərdə belə Azərbaycanın və azərbaycanlıların gələcəyini düşünüb və bu günümüz üçün böyük işlərin, layihələrin əsasını qoyub. Onun sözlərinə görə, ölkəmiz ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşdüyü çətin vəziyyətlərdən məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində xilas olub: “Azərbaycanda elə bir sahə yoxdur ki, Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmasın, çox hallarda da O, bu işlərin qurucusu və yaradıcısıdır. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Mən də belə bir böyük şəxsiyyətin zamanında yaşamağıma və Onun məktəbindən dərs aldığıma görə özümü hədsiz dərəcədə xoşbəxt hiss edir, mənim üçün yazılmış bu alın yazıma görə Yaradanıma sonsuz şükürlər edirəm”.
“Zəngin mədəniyyəti, milli dəyərləri və zəngin sərvətləri olan xalqımız əslində həm şöhrətli bir xalqdır. Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri yetişdirmiş xalqlardan olmaqla, XX əsrdə dünya siyasətində həm Sovetlər Birliyində, həm də müstəqillik illərində çox tanınan siyasətçi və görkəmli dövlət adamı, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev kimi şəxsiyyət yetirən bir xalqdır”, - deyən millət vəkili əlavə edib ki, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Onun müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
“Tarixi şəxsiyyət o zaman dahi öndər, lider olur ki, o, özünün atdığı imza ilə xalqının adından imza atmış olsun”, - deyən M.İbrahimqızı bildirib ki, Heydər Əliyev təkcə müstəqilliyin əldə olunmasını əsas şərt hesab etmirdi. O, müstəqilliyin əbədiliyinə zəmanət olacaq addımlar haqqında fikirləşirdi.
“Dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsası da o dövrlərdə qoyulub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmiz daha da yüksək inkişaf xətti ilə irəli gedir”, - deyə YAP Siyasi Şurasının üzvü qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

