/ / Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
04.01.2019 [10:33]
Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzulayıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişaf edərək daha da qüdrətlənir.
Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu qeyd edən Xidmət rəisi dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin, Silahlı Qüvvələrin hərbi-texniki potensialının durmadan möhkəmləndiyini, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına yüksəldiyini diqqətə çatdırıb. Mədət Quliyev Prezident İlham Əliyevi bir daha əmin edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ali Baş Komandanın hər bir əmr və göstərişlərini bundan sonra da yüksək peşəkarlıqla, əzmlə və dərhal yerinə yetirəcək.
Sonra DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı olub.
Sonda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırılıb. Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

