Nikol Paşinyanın Rusiyaya səfəri uğursuz və nəticəsiz olub
05.01.2019 [10:09]
Ekspertlər bu faktın işğalçı ölkənin baş nazirinin ciddi fiqur kimi qəbul edilmədiyini göstərdiyini, ümumilikdə regionda və dünyada Ermənistana neqativ münasibətin təzahürü olduğunu bildirirlər
İşğalçı siyasətini davam etdirən Ermənistanın regionda təcrid vəziyyəti dərinləşir, təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Digər tərəfdən, Ermənistanın yürütdüyü destruktiv siyasət nəticəsində bu işğalçı ölkənin qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərində ciddi gərginlik hökm sürür. Bunun nəticəsidir ki, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri iflasa uğrayıb. Son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası da Ermənistanın beynəlxalq arenada atdığı addımların heç bir perspektiv vəd etmədiyini, bu ölkə rəhbərliyinin gözləntilərinin iflasla nəticələndiyini xüsusi olaraq vurğulayır, bədbin proqnozlar verirlər. Diqqətə çatdırılır ki, ciddi siyasi kataklizmlərlə qarşı-qarşıya olan Ermənistanın xarici siyasəti də tamamilə iflasa uğrayıb, bu ölkənin manevr imkanları qalmayıb. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin uğursuz, nəticəsiz və utancverici olması da bu baxımdan ayrıca qeyd edilməlidir. Ümumiyyətlə, bu kontekstdə bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Əvvəla, vurğulamaq gərəkdir ki, N.Paşinyan Moskvada olduğu vaxtda Vladimir Putinin Robert Koçaryana təbrik göndərməsi Rusiyanın və bu ölkənin dövlət başçısının Ermənistana, Ermənistan hakimiyyətinə və şəxsən Paşinyana münasibətinin göstəricisidir. Səfərin nəticələrindən pərt olan Paşinyan isə mətbuat konfransında da özünü itirdi, Ermənistanda keçirilmiş seçkiləri gah vaxtından əvvəl, gah da vaxtında keçirilmiş seçki adlandırdı. Ekspertlər qeyd edirlər ki, bütün bunlar Ermənistanın baş nazirinin ciddi fiqur kimi qəbul edilməməsini göstərməklə yanaşı, həm də ümumilikdə regionda və dünyada Ermənistana olan neqativ münasibətin təzahürüdür.
Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, regionda təcrid vəziyyətində olan Ermənistan ardıcıl olaraq ciddi uğursuzluqlarla üzləşir. Onun sözlərinə görə, Paşinyanın Rusiya səfərinin nəticəsiz olması isə işğalçı ölkənin xarici siyasətinin uğursuzluğu və perspektivsizliyinin, eyni zamanda, Ermənistana olan münasibətin bariz ifadəsidir: “Paşinyanın Moskvada olduğu vaxtda Rusiya Prezidenti Vladimir Putinin Robert Koçaryana təbrik göndərməsi də həm Ermənistana, həm də bu ölkənin baş nazirinə münasibətin göstəricisidir. Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın ciddi siyasi fiqur kimi qəbul edilmədiyi bəllidir. Eyni zamanda, işğalçı ölkə bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi uğursuzluqlarla üzləşib. Ermənistan regionda təcrid vəziyyətində olmaqla yanaşı, bu ölkənin qonşu dövlətlərlə, eyni zamanda, beynəlxalq ictimaiyyətlə münasibətlərində ciddi gərginliyin hökm sürdüyü reallıqdır. Belə olan halda, Ermənistanın qarşısında heç bir perspektivin olmadığını əminliklə söyləmək olar”.
Milli Məclisin deputatı Tahir Rzayev isə deyib ki, bütün sahələrdə uğursuzluqlarla üzləşən, işğalçı siyasətini davam etdirən Ermənistanın manevr imkanları tükənib: “Ermənistanda faktiki olaraq bütün sahələrdə dərin tənəzzül hökm sürür, işğalçı ölkənin xarici siyasəti iflasa uğrayıb. Nikol Paşinyanın Rusiya səfərinin uğursuz və nəticəsiz olması da bunun bariz nümunəsidir. Ümumiyyətlə, bu səfərin nəticələri həm də regionda və dünyada Ermənistana olan neqativ münasibəti əks etdirən faktlardan biri oldu”.
“Ermənistan regionda təcrid vəziyyətindədir və bütün sahələrdə hökm sürən tənəzzül bu ölkəni uçuruma sürükləyir. Belə olan halda, Ermənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmalıdır. Bu ölkənin siyasi, iqtisadi, sosial, demoqrafik böhrandan çıxmasının yeganə yolu işğal siyasətinə son qoyması, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasıdır”, - deyə millət vəkili əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

