Dövlət Komitəsinin sədri Kanada səfirliyinin ikinci katibi ilə görüşüb
26.01.2019 [10:52]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yanvarın 25-də Kanadanın iqamətgahı Ankarada yerləşməklə Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Antoniya Uin-Haqs ilə görüşüb.
Azərbaycan və Kanada arasında ikitərəfli əlaqələrin inkişaf dinamikasını məmnuniyyətlə qeyd edən Dövlət Komitəsinin sədri qonağa DQİDK-nın fəaliyyət istiqamətləri, ölkəmizdəki dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük mühiti barədə məlumat verib. Mübariz Qurbanlı Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətə diqqət çəkib. O, tolerantlığın, dinlərarası dialoqun həyata keçirilməsinə böyük əhəmiyyət verilən Azərbaycanda dövlətin dinə qayğısından söz açıb. Ölkəmizdə 32-si qeyri-islam olmaqla 909 dini qurumun qeydiyyatdan keçdiyini, dini icmalara dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığını vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Komitə sədri işğal altındakı torpaqlarımızda maddi-mənəvi irsimizin məhv edildiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Antoniya Uin-Haqs ölkəmizin tolerantlıq ənənələrinin təbliğ və təşviqinə görə müsbət mənada fərqləndiyini vurğulayıb. Diplomat Azərbaycanın dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və dini abidələrimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

