Azərbaycan və Misir arasında dini-mənəvi sahədə əlaqələr inkişaf edir
06.02.2019 [09:48]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin və Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində şeyxülislam Misirin, eləcə də İslam aləminin görkəmli ictimai, din və elm xadimləri ilə görüşüb. Misir parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Seyid Əl-Şəriflə görüşdə A.Paşazadə Prezident İlham Əliyevin salamlarını dost Misir xalqına çatdırıb. O, Azərbaycan ilə Misirin bütün sahələrdə, o cümlədən dini sahədə uğurla əməkdaşlıq etdiyini bildirib.
Seyid Əl-Şərif Misirlə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrə toxunaraq qeyd edib ki, hələ 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Qahirəyə səfəri zamanı Onu qarşılamaq şərəfinə nail olub. Növbəti belə imkanı isə Prezident İlham Əliyevin 2007-ci ildə bu ölkəyə səfəri zamanı qazanıb. O, Azərbaycana mütəmadi səfərlər etdiyini bildirərək, ölkəmizin daha da inkişafının əyani şahidi olduğunu vurğulayıb. Əlavə edib ki, bu uğurların təməlində Prezident İlham Əliyevin səyləri durur. Bu gün Azərbaycan tolerantlıq, multikulturalizm mərkəzi kimi bütün dünyaya öz səsini eşitdirir.
Misir Prezidentinin müşaviri Usama Əl-Əzhəri 1962-ci ildə Asuan səddini inşa edən Zakir Məmmədovun timsalında Azərbaycan xalqının dost Misir xalqına çoxsaylı töhfələrinin qeyd edilə biləcəyini deyib.
Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri bu ölkənin Fətva İdarəsinin rəhbəri, Misir diyarının baş müftisi Şövqi Əllamla da görüşüb. A.Paşazadə ölkələrimiz arasında tarixi əlaqələrin bu gün də uğurla inkişaf etdiyini bildirib. O, bunun əsas səbəbi kimi iki ölkə başçısının şəxsi dostluq münasibətlərini göstərib.
Baş müfti Şövqi Əllam da iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
Növbəti görüş vəqflər naziri Məhəmməd Muxtar Cümə ilə olub. Görüşdə İslam dininin əsl mahiyyətinin akademik səviyyədə təbliğinin vacibliyi qeyd olunub.
Səfər zamanı QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İmam Hüseyn məscidini ziyarət edib. Nadir hallarda xüsusi qonaqlar üçün açılışına icazə verilən “Şərəfli otaq” (Əl-Ğurfa Şərifə) şeyxülislama nümayiş etdirilib. A.Paşazadə İmam Hüseyn məscidində ziyarət namazı qılıb.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

