/ / Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır
14.02.2019 [09:59]
“Bu gün Azərbaycan mediası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İstər KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də jurnalistlərin sosial rifahının, eyni zamanda, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu sırada dövlət dəstəyini xüsusi olaraq vurğulamaq lazımdır. Məhz Prezidentimizin KİV-ə olan diqqət və qayğısı, Onun göstərişi ilə 2013-cü ildən başlayaraq jurnalistlərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsi və s. bunun əyani sübutudur. Prezident İlham Əliyev fevralın 12-də Real televiziyasına geniş müsahibəsində mediaya həmişə böyük dəstək göstərdiyini vurğulayıb. “Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq. Sözsüz ki, bu dəyərli fikirlər biz jurnalistləri qürurlandırdığı kimi, qarşımıza böyük məsuliyyət də qoyur. Hər bir jurnalist öz fəaliyyətində bu məqamlara xüsusi diqqət yetirməli, milli maraqları hər şeydən uca tutmalı, dövlətə, xalqa xidməti öz peşəsinin əsas istiqaməti kimi müəyyənləşdirməlidir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru, düzgün şəkildə çatdırılmasıdır: “Artıq uzun illərdir ki, bu sahədə uğurlu addımlar atılır. Bu gün istər hökumət, istərsə də vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində xarici ölkələrdə təbliğat işləri uğurla aparılır. Beynəlxalq arenalarda, tədbirlərdə, kürsülərdə Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bütün bunlara baxmayaraq, Azərbaycanın uğurlarını gözü götürməyən bəzi qüvvələr qərəzli, yalan, böhtan xarakterli məlumatlar yayaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər. Bu cür qara piarlar indiyədək olub və bundan sonra da olacaq. Biz isə harada olmağımızdan asılı olmayaraq əsl vətəndaş mövqeyi nümayiş etdirməklə bu kimi hallara qarşı daim mübarizə aparmalı, dövlətimizin maraqlarını və milli mənafeyimizi qorumalıyıq. Azərbaycan Prezidenti Real televiziyasına müsahibəsində bu məsələlərə toxunaraq qeyd edib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. “Bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq”, - deyən dövlətimizin başçısı bildirib ki, xarici mediada mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu amil bir daha onu nümayiş etdirir ki, Prezidentimizin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu il ölkəmizin həyatında mühüm uğurlarla yadda qalacaq: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin əvvəlindən başlayaraq mühüm islahatlara start verilib. Xüsusilə sosial-iqtisadi sahədə fərman və sərəncamlar imzalanıb. Real televiziyasına müsahibəsində “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”, - deyən dövlətimizin başçısı həyata keçirdiyi uğurlu siyasətlə verdiyi vədlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyir”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

