/ / Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi bir çox mühüm cəhətlərlə yadda qaldı
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi bir çox mühüm cəhətlərlə yadda qaldı
14.02.2019 [10:01]
Azərbaycan Prezidenti İlham Əliyevin Real televiziyasına müsahibəsi bir çox mühüm cəhətlərlə yadda qaldı. Hər şeydən əvvəl, dövlətimizin başçısı müasir dövrdə beynəlxalq münasibətlərin real vəziyyəti və bu şəraitdə beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin davranışlarını təhlil edərək mövcud prosesdə Azərbaycanın yeri və rolu məsələlərinə toxundu. Məhz bu kontekstdə media institutu və onun fəaliyyətini önə çəkən Prezident Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində transmilli media resurslarının fəaliyyətini obyektiv qiymətləndirərək onları qlobal informasiya məkanında rəy formalaşdıran institusional vahidlər kimi təqdim etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı xarici media ilə ünsiyyətin intensiv olmasını da bu məsələ ilə əlaqələndirərək transmilli medianın imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı. Ümumiyyətlə, milli mətbuatımızı və onun fəaliyyətini bir daha yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan mediasına həmişə böyük dəstək göstərib. Media nümayəndələri ilə çoxsaylı görüşləri bunun əyani sübutudur və həmişə çalışıb ki, öz işi ilə medianın inkişafına dəstək versin.
H.Babaoğlu qeyd edib ki, dövlətimizin başçısının da söylədiyi kimi, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. “Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”. Bu fikirlər istər milli mətbuatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından, istərsə də onun gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Mətbuat hər bir cəmiyyətdə fikir plüralizmini, söz azadlığını təmin edən ictimai institutlardan biri kimi çıxış edir. Əslində, bu fikirlər ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasının, medianın, xüsusilə də çap mətbuatının və internet resurslarında mövcud olan müxtəlif yeni mətbuat nümunələrinin problemlərinin həlli məsələlərinin, jurnalistlərin məişət və sosial problemlərinin bundan sonra da Prezidentin diqqət mərkəzində olacağına işarə idi.
Hikmət Babaoğlu əlavə edib ki, ümumiyyətlə, Prezident İlham Əliyev müsahibəsində hazırkı beynəlxalq münasibətlər və onun gücə əsaslanan yeni reallıqlarından tutmuş, ölkəmizin uzun illərdir güc mərkəzinə çevrilməsi üçün həyata keçirdiyi milli strategiyaya, eyni zamanda, beynəlxalq iqtisadi layihələri uğurla həyata keçirməyimizdən xalq-iqtidar birliyinə qədər, sosial siyasət, aqrar sektorun inkişafı kimi mühüm məsələlərə toxunaraq bundan sonra da islahatların davam etdiriləcəyini diqqətə çatdırdı, bütün bunları milli maraqlarımızın təmin olunması istiqamətində atılan addımlar kimi xarakterizə etdi.
Xəbər lenti
Hamısına baxİdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00

