Vyanada Xocalı soyqırımı qurbanlarına həsr olunan sərgi açılıb
26.02.2019 [08:54]
Fevralın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. L.Qasımova tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Avstriya Azərbaycanlıları Cəmiyyətinə təşəkkür edib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib ki, münaqişədən əvvəl - 1987-ci ildə yeddi min əhalisi olan Xocalı şəhərində 1992-ci ilin fevral günlərində üç min dinc sakin var idi. 366-cı motoatıcı alayın dəstəyindən istifadə edən erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərə qarşı qətliam törətdilər, bu şəhəri yer üzündən sildilər. Xocalı faciəsində 613 nəfər qəddarcasına qətlə yetirildi, yüzlərlə sakin yaralandı, əsir götürüldü və ya itkin düşdü. Həmin gecə Xocalı sakinləri məhz azərbaycanlı olduqlarına və bu etnik mənsubiyyətlərinə görə soyqırımına məruz qaldılar. Beynəlxalq hüquq və normalara görə həmin hadisə soyqırımı şərtlərinə cavab verir.
Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası və həmin kampaniya çərçivəsində görülən işlər diqqətə çatdırılıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, törədilən hər bir cinayətə görə Cinayət Məcəlləsində cəza nəzərdə tutulur və cinayətkarlar cəzalandırılır. 27 il bundan öncə Xocalı soyqırımını törədənlər isə hələ də bu bəşəri cinayətə görə ədalət qarşısında mühakimə olunmayıblar. Xocalı və digər şəhər-kəndlərdə əli dinc azərbaycanlı sakinlərin qanına batan cinayətkarlar sonradan Ermənistanda hakimiyyətə gəlsələr də, bu ölkədə baş verən inqilabdan sonra onların bir qismini cinayət mühakiməsi gözləyir və Xocalıda törətdikləri bəşəri cinayətlərə görə də cavab verəcəkləri gün gələcək.
Bahar Muradova vurğulayıb ki, indiyədək dünyanın on beş ölkəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı haqqında qərarlar qəbul olunub və bu proses davam edir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması bir tərəfdən günahsız qurbanların ruhu qarşısında ədalətin bərpasına xidmət edir, digər tərəfdən isə dünyada bir daha bu kimi dəhşətlərin baş verməməsi üçün çağırış rolunu oynayır.
Sonra Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətli Xocalı soyqırımına həsr olunmuş sərgi barədə məlumat verib. Qeyd edib ki, həmin hadisələrin baş verdiyi gün nəzərə alınaraq sərgidə 25 əsər təqdim olunur.
Tədbir çərçivəsində yazıçı, publisist və müstəqil jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğu “Onlar heç zaman böyüməyəcəklər” sənədli filmi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

