Miroslav Layçak: Azərbaycan ATƏT üçün önəmli ölkədir
06.03.2019 [09:52]
Martın 5-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə sədr Oqtay Əsədov Miroslav Layçakla görüşlərini xatırladaraq, qonağın ATƏT-in fəaliyyətdə olan sədri kimi ölkəmizə səfərini yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan uzun illər bu nüfuzlu beynəlxalq qurumun üzvü kimi təşkilata üzv ölkələrlə əməkdaşlığın inkişafına böyük önəm verir. “Biz ATƏT-in müxtəlif institutları ilə sıx əməkdaşlıq edirik. Nümayəndə heyətimiz təşkilatın müxtəlif tədbirlərinə qatılır. Qarşılıqlı səfərlər əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verir. Qurumun Parlament Assambleyasında müzakirə olunan məsələlərə deputatlarımız Azərbaycan tərəfinin mövqeyini bildirirlər. Hesab edirik ki, ATƏT-in səlahiyyətləri genişləndirilməli, onun maraq dairəsində olan məsələlərin həlli üçün lazımi şərait yaradılmalıdır. Bu, ATƏT məkanında mövcud münaqişələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər”, - deyə Milli Məclisin sədri diqqətə çatdırıb.
Bildirilib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında həlli bölgənin tərəqqisinə böyük töhfə verər. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu hələlik bu sahədə ciddi nəticələrə nail ola bilməyib. Biz inanırıq ki, problem tezliklə öz ədalətli həllini tapacaq.
Söhbətdə Oqtay Əsədov Azərbaycanın Slovakiya ilə əlaqələrindən söz açaraq, münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirilib ki, siyasi sahədə dialoq iqtisadi münasibətlərə də müsbət təsir göstərir. Parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə dostluq qruplarının əhəmiyyəti böyükdür. Deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda mütəmadi olaraq görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak ölkəmizə səfərindən və burada aparılan danışıqlardan məmnun qaldığını söyləyib. O, səfərdə əsas məqsədin bölgədəki vəziyyətlə yaxından tanış olmaq, lazımi məlumatları ilk mənbədən əldə etmək olduğunu deyib. Bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi o, insan amilinə və sabitliyin qorunmasına böyük önəm verir. O, təşkilatın fəaliyyət istiqamətlərinin ATƏT məkanında münaqişələrin aradan qaldırılması, təhlükəsizliyin möhkəmləndirilməsi, nüfuzlu qurumlarla qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olduğunu diqqətə çatdırıb. M.Layçak vurğulayıb ki, Azərbaycan ATƏT üçün önəmli ölkədir və təmsil etdiyi təşkilat Qafqazın bu bölgəsi ilə gələcəkdə də əlaqələri genişləndirmək niyyətindədir.
Miroslav Layçak Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi üçün təşkilatın mövcud imkanlarından maksimum istifadə edəcəklərini dilə gətirib. O, Slovakiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin xalqların ümumi mənafelərinə xidmət etdiyini söyləyib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında söhbət açılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Şəmsəddin Hacıyev, ölkəmizin ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov, Slovakiyanın Azərbaycandakı səfiri Peter Priputen, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, təşkilatın fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka və digər rəsmilər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00

