/ / Cavanşir Paşazadə: Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək
Cavanşir Paşazadə: Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək
16.03.2019 [10:09]
“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada VII Qlobal Bakı Forumunun ölkəmizdə keçirilməsi də mühüm hadisədir. Azərbaycan artıq yeddinci dəfədir ki, bu mötəbər tədbirə ev sahibliyi edir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
C.Paşazadə bildirib ki, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi daha da güclənməkdədir. Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur.
“Qlobal Forum ən aktual məsələlərin müzakirə edildiyi nüfuzlu bir platformadır. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır. Şübhəsiz ki, Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək. Çünki bu Forum dünyanın nüfuzlu şəxslərinin toplaşdığı bir platformadır. Eyni zamanda, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır”, - deyə C.Paşazadə vurğulayıb.
Forumun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dərinməzmunlu nitq söylədiyini deyən millət vəkili qeyd edib ki, dövlətimizin başçısı nitqində ölkəmizin inkişafı, həyata keçirilən xarici siyasət, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini bildirib: “Cənab Prezident vurğuladı ki, danışıqlar formatı dəyişdirilə bilməz və danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
C.Paşazadə hesab edir ki, bu kimi mötəbər tədbirlər Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri olduğunu sübut edir. Millət vəkili deyib ki, yüz illər boyu Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir məkan olub: “Azərbaycan bu baxımdan dünya üçün bir nümunədir”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

