/ / Aprel döyüşləri Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi
Aprel döyüşləri Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi
03.04.2019 [09:35]
Ekspertlərin qənaətinə görə, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri olan Aprel döyüşləri Ermənistanın yaratdığı mifi tamamilə darmadağın etdi
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Dövlətimizin başçısı hərbi qulluqçularla görüşü zamanı çıxış edib, mühüm mesajlar verib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Dövlət başçısı, həmçinin Aprel döyüşlərinin bütün dünyaya Azərbaycan Ordusunun bu gün ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən anda istənilən vəzifəni icra edə biləcəyini göstərdiyini, Ermənistanın yaratdığı mifin tamamilə darmadağın edildiyini bildirib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən bəhs edib. Dövlət başçısı bildirib ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Mahir Abbaszadə deyib ki, yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və qarşıya qoyulan istənilən vəzifəni icra etməyə qadirdir. Ölkəmizdə ordu quruculuğu istiqamətində sistemli və məqsədyönlü tədbirlərin uğurla davam etdirildiyini deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi önəm verir.
“2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Əminliklə söyləyə bilərik ki, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri olan Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir”, - deyə M.Abbaszadə bildirib.
Milli Məclisin deputatı Flora Qasımova isə deyib ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm prioriteti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir: “Azərbaycan bu istiqamətdə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Şübhəsiz ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Məhz diplomatik müstəvidə qazanılan uğurlar və Azərbaycan Ordusunun şanlı Aprel qələbəsi bunu əminliklə söyləməyə imkan verir”.
“Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşü zamanı vurğulandığı kimi, bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Sonuncu reytinqə əsasən, dünya miqyasında öz potensialına görə 52-ci yerdə qərarlaşan Ordumuz qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir. Başqa sözlə, Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır”, - deyə millət vəkili əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

