/ / Dövlətə məxsus olan hüquqi şəxslərdə Apelyasiya şuralarının yaradılmasına dair müşavirə keçirilib
Dövlətə məxsus olan hüquqi şəxslərdə Apelyasiya şuralarının yaradılmasına dair müşavirə keçirilib
28.05.2019 [09:49]
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2019-cu il 6 may tarixli Fərmanı ilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apelyasiya şuralarının yaradılmasına dair mayın 27-də Bakı Biznes Mərkəzində müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış Apelyasiya şuralarının sədrləri və katibləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev tədbirdə çıxış edərək bildirib ki, bu il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə çalışan şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apelyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, “Dövlətə məxsus olan hüquqi şəxsin Apelyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib.
Eldar Nuriyev qeyd edib ki, Fərmana əsasən, dövlətə məxsus hüquqi şəxslərdə Apelyasiya şuraları yaradılıb. Bu hüquqi şəxslərin dairəsi kifayət qədər genişdir. Buraya həm dövlətin yaratdığı şirkətlər, səhmdar cəmiyyətləri, kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri, o cümlədən publik hüquqi şəxslər daxildir. Bu qurumlarda Apelyasiya şuralarının yaradılması dövlətimizin başçısının sahibkarlara, sahibkarlıq fəaliyyətinə göstərdiyi diqqətin təzahürüdür. Bu, eyni zamanda, onların hüquqlarının qorunması, qanuni mənafelərinin müdafiə olunması üçün əlavə təminatdır. Apelyasiya şuralarının yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir. Apelyasiya şuraları yeni iqtisadi şəraitdə dövlət siyasətinə uyğun olaraq, çox vacib funksiyaları, sahibkarlığa dövlət dəstəyinin göstərilməsini həyata keçirən qurumlardır.
Şuraların yaradılmasında məqsədin iş adamlarının müraciətlərinə operativ reaksiya verməkdən, onların şikayətlərini tam, hərtərəfli, obyektiv araşdırmaqdan, ədalətli və qanuni qərarlar çıxarmaqdan ibarət olduğunu deyən Eldar Nuriyev bildirib ki, dövlətimizin başçısının tapşırıqlarının yerinə yetirilməsi üçün təşkilati-texniki tədbirlərin icrasına başlanılıb, işlərin sistemli, ardıcıl aparılması üçün zəruri addımlar atılıb, tədbirlər planı hazırlanıb. Dövlətə məxsus hüquqi şəxslərdə qısa müddətdə Apelyasiya şuraları formalaşdırılıb, onların katibliyinin üzvləri müəyyən edilib.
Müşavirədə qarşıda duran vəzifələrin icrası, dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış Apelyasiya şuralarının fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və işgüzar əməkdaşlığın yaradılması barədə müzakirələr aparılıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının üzvləri müşavirə iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

