/ / Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
25.06.2019 [10:08]
İyunun 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun ölkəmizdə keçirilməsi barədə verilən qərara görə minnətdarlığını ifadə edib və forumun nəticələrinin dövlət xidmətlərinin islahatları ilə bağlı proseslərə, bu istiqamətdə fikir və təcrübə mübadiləsinin aparılmasında iştirakçı ölkələrə faydalı olacağına ümid etdiyini bildirib. Azərbaycanın BMT ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edən Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkünə BMT tərəfindən göstərilən yardımı yüksək qiymətləndirib. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunan Birinci vitse-prezident ölkəmizin həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb və Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun da uğurla keçəcəyinə əminliyini ifadə edib.
Xoş sözlərə görə təşəkkür edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. Bakıda dövlət xidmətləri ilə bağlı növbəti Forumun keçirildiyini deyən Liu Cenmin bu Forumda xeyli sayda nümayəndənin iştirakının önəmini qeyd edib. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyini bildirən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini bütün bu işlərin Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində mümkün olduğunu vurğulayıb. Liu Cenmin BMT-nin təşkilata üzv 193 dövlətlə birgə 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinin icrası ilə məşğul olduğunu qeyd edib və bu işdə dövlət xidmətlərinin səviyyəsinin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

