/ / Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib
02.07.2019 [09:59]
İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Mərasim əsgərlərin meydana gəlməsi ilə başlayıb.
Sonra döyüş bayrağı meydana gətirilib.
Xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olunub.
Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik edib, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğulayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi, bu hərbi hissədə də xidmətin yüksək tələblər səviyyəsində təşkili üçün hərtərəfli şəraitin yaradıldığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Ulu Öndərin yadigarı olmaqla Azərbaycan dövlətçiliyinin qorunması üçün xüsusi önəm daşıdığını bildirən xidmət rəisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşə hər an hazırdır.
Sonra dövlət himni səsləndirilib.
Daha sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Bu gün Azərbaycan Ordusunda xidmət edən hər bir gənc böyük şərəf hissi ilə hərbin sirlərinə yiyələnir. Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələn əsgərlərimiz dünyanın ən qüdrətli ordularından birində xidmətləri ilə qürur duyurlar. Bu gün Azərbaycan Ordusu müasir silah-sursat təminatına və maddi-texniki bazasına görə dünyada lider yerlərdən birini tutur. Amma ən əsas məsələ müstəqil ölkəmizin ordusunda xidmət edən hərbçilərdə olan Vətənə bağlılıq, Vətən sevgisi və ruh yüksəkliyidir. Üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etməyə qadir olan Azərbaycan əsgəri doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevir və Vətən uğrunda canından belə keçməyə hazırdır.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşüb, onlarla söhbət edib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

