Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında dostluq əlaqələri qurulur
06.09.2019 [08:52]
Sumqayıt ilə Çinin Siçuan vilayətinin Myenyan şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Myenyan şəhərinə səfəri zamanı imzalanıb. “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”yə uyğun olaraq imzalanan sənədin məqsədi Sumqayıt ilə Myenyan arasında əlaqələrin inkişafını təşviq etmək, xalqlar arasında dostluğun möhkəmlənməsinə şərait yaratmaq, sonda bu iki şəhərin qardaşlaşmasına dair yekun protokolun imzalanmasına nail olmaqdır. Tərəflər ticari-iqtisadi, elmi-texniki, mədəniyyət, təhsil, turizm və digər sahələrdə mübadilə və əməkdaşlığın inkişafına, birgə layihələrin icrasına dair razılığa gəliblər.
Azərbaycan nümayəndə heyətinin Myenyan şəhərinin meri Yuan Fan ilə görüşündə ölkələrimiz arasında tarixi köklərə və sıx əməkdaşlığa söykənən dostluq münasibətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının dostluq münasibətləri və qarşılıqlı etimadı ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığının dərinləşməsinə böyük imkanlar açır.
Bildirilib ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial var. “Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin nəqliyyat-logistika sahəsində əməkdaşlığı getdikcə böyüyür. Transxəzər nəqliyyat dəhlizi də daxil olmaqla Azərbaycan özünün nəqliyyat-tranzit potensialı ilə bu təşəbbüsün icrasına böyük töhfələr vermək imkanına malikdir.
Görüşdə qarşı tərəfə Azərbaycanın sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

