Layihə gözlənilən nəticəni verdi...
19.12.2009 [22:09]
Dekabr ayının 17-də “Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına informasiya dəstəyi” layihəsi çərçivəsində daha bir tədbir keçirib. Tədbirdə çıxış edən layihə rəhbəri, qəzetin baş redaktoru Hikmət Babaoğlu “Yeni Azərbaycan” qəzetinin reallaşdırdığı layihə müddətində görülən işlərdən danışıb. Bu tədbirlərin əhəmiyyətini vurğulayan baş redaktor deyib ki, layihənin icrası müddətində aidiyyatı strukturlarla səmərəli əməkdaşlıq əlaqələri qurulub, informasiya mübadiləsi aparılıb.
çıxış edən ekspert Aydın Hüseynov bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra olunması bölgələrdə mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının sürətlənməsinə, aqrar sektorda islahatların dərinləşməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına, infrastrukturun yeniləşməsinə, ölkədə əlverişli investisiya şəraitinin təmin olunmasına, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılmasına səbəb olub. A.Hüseynov regionların inkişafı ilə bağlı dövlət proqramı ilə yanaşı, hər bir iqtisadi rayonun spesifik xüsusiyyətlərini özündə əks etdirən proqramların icra olunmasının da mühüm əhəmiyyət daşıdığını bildirib: “Prezident İlham Əliyev birinci Dövlət Proqramı ilə yanaşı, ayrı-ayrı regionların sosial -iqtisadi inkişafını sürətləndirmək üçün mühüm proqramları təsdiq edib. Dövlət başçısı Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 Sərəncam imzalayıb. Bu sənədlərdə bölgələrdə yaşayan vətəndaşların arzu və istəkləri, onların qayğılarını əhatə edən məsələlər öz əksini tapıb, bölgələrin inkişafında yeni mərhələnin başlanğıcı qoyulub”.
Aydın Hüseynov bildirib ki, regionlarla bağlı həmin proqramların uğurla həyata keçirilməsi bütün rayonların simasının köklü şəkildə dəyişməsinə səbəb olub, paytaxta və digər iri şəhərlərə kütləvi axının qarşısını alıb, bu sahədə əks proses baş verib. Belə ki, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb. Ekspert bildirib ki, bu gün hər bir ailə, hər bir vətəndaş Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatında hiss edir. 2009-2013-cü illərə dair inkişaf konsepsiyasının ölkəmizin inkişafı üçün yeni mərhələ açacağını qeyd edən A.Hüseynov həmin proqramın icrası nəticəsində bölgələrdə heç bir problemin qalmayacağına əminliyini bildirib.
Ekspert Elşad Mirbəşir isə regionların inkişafi ilə bağlı Dövlət Proqramının mühüm nəticələrinə dair fikirlərini bildirib, proqramın icrasında Prezident İlham Əliyevin yaxından iştirakına diqqət çəkib. Onun sözlərinə görə, dövlət başçısı proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı regionlara bütün rayonları əhatə etməklə 127 səfər edib: “Prezident İlham Əliyev hər bir rayona xüsusi diqqət və qayğı göstərib, istifadəyə verilən müəssisələrin açılışında iştirak edib. Dövlət başçısı səfərləri zamanı bölgələrdə görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib, ölkəmizin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib”.
Elşad Mirbəşir qeyd edib ki, proqramın uğurlu icrası ilə bərabər, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə imkan yaradıb. Ekspert bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra olunması Azərbaycanın inkişafını sürətləndirərək regionun mühüm iqtisadi güc mərkəzinə çevirilməsinə səbəb olub.
Tədbirin sonunda ekspertlər “Yeni Azərbaycan” qəzetinin layihə çərçivəsində həyata keçirdiyi işləri yüksək qiymətləndiriblər və bu kimi layihələrin davamlılığını vacib hesab ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

