Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib
25.10.2019 [10:07]
Oktyabrın 24-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbir haqqında ətraflı məlumat verib. Ramiz Həsənov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir.
Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, ilk dəfə olaraq keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti Azərbaycanın təşəbbüsüdür. “Son 15 il ərzində Bakıda dörd beynəlxalq gənclər platforması təsis edilib. Bundan başqa Bakı 2007-ci ildə “Gənclər sivilizasiyaların alyansı naminə” nəsillərarası yüksək səviyyəli konfransa, 2008-ci ildə “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfransa, 2011-ci ildə BMT-nin Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci Konqresinə, 2012-ci ildə birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalına, 2014-cü ildə Gənclər siyasəti üzrə birinci Qlobal Foruma, 2017-ci ildə Dünya Skaut Konfransına, 10 gün bundan əvvəl Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası kimi beynəlxalq gənclər tədbirlərinə ev sahibliyi edib. Bu siyahını uzatmaq da olar. Bir sözlə Azərbaycan beynəlxalq gənclər hərəkatının inkişafına ciddi töhfələr verib.
Biz dünyanın ən gənc əhali göstəricilərindən birinə malikik. Əhalinin yarıdan çoxunun yaşı 30-dan aşağıdır. Ölkədə bu qədər çox gəncin olması böyük imkanlar yaradır və eyni zamanda, hökumətin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Gənclər və İdman Nazirliyi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra yaradılan ilk dövlət qurumlarından biridir.
İndiyədək gənclər siyasəti sahəsində bir sıra qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi sənədlər qəbul edilib. Bu sənədlərin hazırlanmasını və icrasını gənclərlə bərabər həyata keçiririk. Onların fikri və dövlətin siyasətində yaxından iştirakları gündəlik fəaliyyətimizin əsasını təşkil edir”, - deyə Azad Rəhimov qeyd edib.
Nazir bildirib ki, Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu hər il bu təşkilatların təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələr üzrə həyata keçirdikləri layihələrin dəstəklənməsi üçün maliyyə ayırır və onların beynəlxalq fəaliyyətini dəstəkləyir. Ölkəmizdə gənclər siyasətinin geniş infrastrukturu var. Belə ki, 40-dan artıq rayon və şəhərdə olan sosial xidmət müəssisələri Gənclər Evləri/Mərkəzləri fəaliyyət göstərirlər.
Azad Rəhimov deyib: “Prezident İlham Əliyev gənclərlə görüşür, onların fikirlərini dinləyir və müvafiq qərarlar qəbul edir. Son illərdə dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr müşahidə edilir, dözümsüzlük meyilləri artır. Ümumiyyətlə, dinlərarası və mədəniyyətlərarası münasibətlərin sağlam zəmində qurulması bəşəriyyətin əsas vəzifəsidir. Fikrimcə gənclər arasında mübadilələrin, eyni zamanda, dünyada sivilizasiyalararası dialoqun aparılması yolu ilə bir çox məsələlərin həll edilməsinə nail ola bilərik. Burada isə gənclərin üzərinə böyük işlər düşür. Fikrimizcə müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsilə gənclər arasında ünsiyyətin saxlanılması və dialoqun inkişaf etdirilməsi mümkündür”.
Təhsil nazirinin müavini Firudin Qurbanov Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini deyib.
Azərbaycanda təhsillə bağlı görülən işlərdən danışan nazir müavini əlavə edib ki, ölkəmiz bu sferada böyük uğurlara nail olub. Azərbaycanda təhsilə böyük dövlət qayğısı var. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

