YAP 2009-cu ildə kifayət qədər gərgin və səmərəli fəaliyyət göstərib
29.12.2009 [10:29]
“Yeni Azərbaycan Partiyası (YAP) 2009-cu ildə kifayət qədər gərgin və səmərəli fəaliyyət göstərib”. Bu sözləri YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 2009-cu ilin yekunlarını şərh edərkən deyib.
İlk olaraq, bu ilin əvvəlində YAP-ın da yaxından iştirak etdiyi referendumu qeyd edən Əli Əhmədov deyib ki, həm referenduma çıxarılan məsələlərin irəli sürülməsi təşəbbüsündə, həm də bu kampaniyanın keçirilməsində YAP kifayət qədər fəallıq nümayiş etdirib.
“Bu faktı mən 2009-cu ildə YAP-ın uğurları sırasına tam məsuliyyətlə daxil edə bilərəm. Digər tərəfən, 2009-cu il YAP-ın bələdiyyə seçkiləri kampaniyasında iştirakı ilə əlamətdardır. Dekabrın 23-də keçirilmiş seçkilər fəaliyyətimizin uğurlu olduğunu təsdiqlədi. Güman edirəm ki, partiyamız bir ildə həm referendum kampaniyasının keçirilməsi, həm də bələdiyyə seçkilərində iştirak etmək kimi çox çətin vəzifələrin öhdəsindən layiqincə gəlməklə fəaliyyətinin nə qədər gərgin, amma uğurlu olduğunu təsdiqləyə bildi” deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, il ərzində YAP-ın fəaliyyəti yalnız bu iki kampaniyada iştirak etməklə məhdudlaşmayıb. YAP özünün ictimai mövqeyinin möhkəmləndirilməsi istiqamətində də böyük fəaliyyət göstərib. 2009-cu ildə bu istiqamətdə daha da güclənmişik. YAP-ın sıralarına daxil olanların sayı əhəmiyyətli dərəcədə artıb: “Artıq üzvlərimizin sayı 500 min nəfərə yaxınlaşıb. Güman edirəm ki, bir və ya iki ay sonra YAP-ın üzvlərinin sayı 500 min nəfərə çatacaq və bu göstərici tarixi bir hədd olacaq”.
2009-cu il ərzində YAP-ın beynəlxalq əlaqələrinin də əhəmiyyətli dərəcədə gücləndiyini deyən İcra katibinin sözlərinə görə, bir sıra partiyalarla və partiyaların beynəlxalq qurumları ilə əməkdaşlıq bu il xeyli genişləndirilib. O, bildirib ki, YAP Asiya ölkələri Siyasi Partiyalarının əsas icra orqanı olan Daimi Komitəyə üzv seçilib. Eyni zamanda, nüfuzlu Avropa Xalqları Partiyası ilə YAP-ın əməkdaşlığı da genişlənməkdədir. Əli Əhmədov qeyd edib ki, bu və digər faktlar 2009-cu ilin YAP üçün uğurlu olduğunu təsdiqləyir: “ölkəmiz üçün uğurlu olan il, Yeni Azərbaycan Partiyası üçün də uğurludur. Buna başqa cür yanaşmaq olmaz”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

