/ / Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük töhfə verir
Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük töhfə verir
28.11.2019 [09:43]
Azərbaycan ilə Rusiya arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Çünki Rusiya ilə Azərbaycanı qədim tarixi köklər bağlayır, xalqlarımız iki əsrə yaxın müddətdə bir dövlətin tərkibində yaşayıb. Bu gün isə iki müstəqil dövlət kimi Azərbaycan və Rusiya münasibətləri Prezidentlər İlham Əliyevin və Vladimir Putinin rəhbərliyi ilə inkişafının yeni mərhələsinə qədəm qoyub. Əlbəttə ki, bu əlaqələrə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da səmərəli fəaliyyəti ilə böyük töhfələr verir.
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında deyib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Vladimir Putin, Hökumətinin sədri Dmitri Medvedev və Federal Məclisin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşməsi, “Dostluq” ordeni ilə təltif olunması, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılışında, X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etməsi əlamətdar hadisələr oldu.
Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin qurulmasında Mehriban Əliyevanın xüsusi rolunun olduğunu deyən baş redaktor vurğulayıb: “Onu da qeyd edim ki, postsovet məkanında ilk Rus Kitabı Evi məhz Bakıda açılıb. Burada bakılılar və şəhərimizin qonaqları Rusiyanın aparıcı nəşriyyatlarının geniş çeşiddə kitab məhsulları ilə tanış olmaq üçün gözəl imkana malikdirlər. 2007-ci ildə Azərbaycan Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalına uğurla ev sahibliyi edib, görkəmli musiqiçiləri və məşhur kollektivləri bir səhnəyə toplayıb. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rusiyanın bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri var. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir, külli miqdarda Rusiya dövri nəşrləri yayılır. Eyni zamanda, “Bakinski raboçi” qəzetinə əlavə kimi Rusiya mətbuatının “Vesti iz Rossii2” daycesti buraxılır. Rus Pravoslav Kilsəsi Rus İcmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub-saxlanılmasında mühüm rol oynayır. Respublikada bu kilsəyə dərin hörmətlə yanaşırlar. Keçən il Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsinin ərazisində Azərbaycan hökumətinin köməyi ilə tikilmiş Pravoslav Dini-Mədəni Mərkəzinin açılması buna əyani sübutdur”.
“Azərbaycan Rusiya Federasiyasının müxtəlif subyektlərində ayrı-ayrı layihələr reallaşdırır. Buna misal olaraq, Heydər Əliyev Fondunun fəaliyyətini göstərə bilərik”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, məhz Heydər Əliyev Fondu tərəfindən Rusiyanın müxtəlif regionlarında bir sıra layihələr uğurla həyata keçirilib. Belə ki, Həştərxanda 11 nömrəli orta məktəbin yenidən qurulması işləri aparılıb, Ulu Öndər Heydər Əliyevə abidə ucaldılıb, Onun adını daşıyan park açılıb, “Meçta” Uşaq-Əyləncə Şəhərciyi yaradılıb, Azərbaycan-Rusiya dostluğunun rəmzi olan piyada körpüsü istifadəyə verilib, eyni zamanda, müqəddəs mələksima Knyaz Vladimirə abidə ucaldılıb. Hazırda Heydər Əliyev adına Məktəbin yaxınlığında uşaq bağçası inşa edilir. Əlbəttə ki, həştərxanlılar da bakılılara öz hədiyyələrini veriblər - Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Azərbaycana səfəri zamanı “Bakı-Həştərxan” Parkının açılışı olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəhrəman şəhər Volqoqradda daha bir layihə həyata keçirilib - “Volqoqrad-Bakı” Dostluq Parkı salınıb. Bu park qısa müddətdə şəhər sakinlərinin sevimli istirahət yerlərindən birinə çevrilib. Parkda Ümummilli Lider Heydər Əliyevin barelyefi, habelə xatirə abidələri qoyulub. Bu abidələrin üzərində Stalinqrad döyüşünün qəhrəmanlarının, o cümlədən Azərbaycanın görkəmli oğulları - iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı mayor Xıdır Mustafayevin adları əbədiləşdirilib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən layihələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çox böyük rol oynayıb. O, Rusiyanın Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə, xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük iş aparır.
Hazırda Azərbaycan ilə Rusiya arasında münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə deyib: “Hər iki ölkənin rəsmilərinin verdiyi bəyanatlardan da anlaşılır ki, qarşıdakı illər üçün çox maraqlı ideyalar və layihələr mövcuddur. Bu mənada, Azərbaycan və Rusiya müxtəlif sahələrdə imkanlarından və potensialından istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

