Türkmənistan-Azərbaycan qardaş və strateji tərəfdaş ölkələrdir
09.01.2010 [09:24]
“Türkmənistanla Azərbaycan arasında əlaqələr mehriban qardaşlıq və tərəfdaşlıq prinsipinə əsaslanır. Odur ki, ölkələrimiz arasındakı hər hansı kiçik mübahisəli məsələlər bu dostluq və qardaşlıq əlaqələrinə, zərrə qədər də olsa, kölgə sala bilməz”.
Bu fikri Türkmənistanın Azərbaycandakı səfiri Annamamed Mamedov ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdi.
Tədbir Türkmənistanın enerji ehtiyatlarının şaxələndirilmiş boru kəmərləri vasitəsi ilə dünya bazarlarına çıxarılmasına həsr olunmuşdu.
Səfirin sözlərinə görə, gələcəkdə “NABUCCO” layihəsinin reallaşması ilə, Türkmənistandan uzanan boru kəmərlərindən birinin Azərbaycandan keçəcəyi də istisna olunmur. Hələlik isə, Türkmənistan İran, Rusiya və çin istiqamətində uzanan boru kəmərləri vasitəsilə təbii qaz ixrac etməyə başlayıb. Yanvarın 6-da Türkmənistan və İran prezidentlərinin iştirakı ilə istismara verilən yeni boru kəməri vasitəsilə İrana ildə 20 milyard kubmetr təbii qaz nəql olunacaq. Bundan əlavə, 7 min km uzunluqda çəkilmiş Türkmənistan-özbəkistan-Qazaxıstan-çin boru kəməri vasitəsilə çinə ildə 40 milyard kubmetr, Rusiyaya isə ildə 30 milyard kubmetr mavi yanacaq nəql olunacaq.
Səfirin sözlərinə görə, türkmən geoloqları ölkə ərazisində mindən artıq perspektivli neft və qaz yataqları aşkarlayıblar. Avropalı ekspertlərin hesablamalarına görə, bunlardan birində- “Cənub Eloten- Osman” yatağında 14 trilyon kubmetr həcmində təbii qaz ehtiyatları var ki, bu da dünyada dördüncü ən iri qaz yatağıdır. Türkmənistan tərəfi bu yatağın işlənilməsinə dair Böyük Britaniya, Cənubi Koreya və çinin aparıcı şirkətləri ilə 9,5 milyard ABŞ dolları həcmində müqavilə imzalayıb.
Türkmənistan-Azərbaycan əlaqələrinə toxunan səfir, çoxəsirlik tarixə malik olan bu əlaqələrin bünövrəsinin möhkəm təməllər üzərində qurulduğunu və hər hansı xarici qüvvənin təsirinin həmin əlaqələri sarsıda bilməyəcəyini vurğuladı. Onun sözlərinə görə, hazırda Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi-ticarət, elm və texnika, sosial və mədəni sahədə intensiv şəkildə inkişaf etməkdədir. Bu əlaqələrin yüksək səviyyədə inkişaf etməsində Türkmənistan və Azərbaycanın dövlət başçıları - Qurbanqulu Berdimuhammedov və cənab İlham Əliyev arasındakı qarşılıqlı etimad və dost münasibətləri böyük rol oynamaqdadır. Dövlət başçılarının qarşılıqlı surətdə Aşqabad və Bakıya reallaşan səfərləri ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına yeni impuls verib.
Səfirin sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsi ilə Azərbaycan-Türkmənistan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının Bakıda keçiriləcək növbəti toplantısına hazırlıq işləri davam etdirilir. Müvafiq işçi qrupları iclasın gündəliyini razılaşdırdıqdan sonra, tərəflərə iclasın keçirilməsi tarixi barədə məlumat veriləcək. İclasda Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlığın perspektivlərinə dair məsələlərin geniş şəkildə müzakirə ediləcəyini qeyd edən diplomat, qəbul edilən qərarların ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir edəcəyinə əminliyini söylədi.
Səfir, həmçinin, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial imkanların olduğunu da vurğuladı.
ölkəsinin turizm potensialından danışan səfir, Xəzər dənizinin şərq sahilində yaradılmış “Avaza” Milli turist zonasını “Türkmənistanın cənnət guşəsi” adlandırdı və Azərbaycanla turizm sahəsində əməkdaşlıq etmək üçün böyük imkanların olduğunu söylədi. Onun sözlərinə görə, iki ölkə arasında birbaşa təyyarə reyslərinin olmaması bu sahədə əməkdaşlığın inkişafına müəyyən qədər mane olur. Belə ki, Azərbaycanla Türkmənistan arasında birbaşa əlaqə yalnız gəmi nəqliyyatı vasitəsilədir və bəzən əlverişsiz hava şəraiti səbəbindən sərnişinlər günlərlə Türkmənbaşı limanında, yaxud Xəzərin digər sahilində gözləməli olurlar. Almaniyanın “Lufthansa” şirkəti tərəfindən həyata keçirilən Aşqabad-Bakı-Frankfurt reysi isə turistlər üçün cəlbedici deyil. O, bu məqsədlə türkmən tərəfinin “Azərbaycan Hava Yolları” konserni ilə müvafiq danışıqlar apardığını bildirdi.
Mədəni sahədə əməkdaşlıqdan danışan səfir, ikitərəfli münasibətlərin inkişafında mədəni əlaqələrin rolunun əvəzsiz olduğunu dedi. O, Azərbaycan musiqisinin Türkmənistanda çox məşhur olduğunu və demək olar ki, bütün el şənliklərində səsləndirildiyini söylədi.
Səfir, həmçinin adət-ənənələri, musiqisi, mentaliteti eyni olan türkmən və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini əminliklə vurğuladı.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58

