/ / Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
25.02.2020 [09:33]
“2020-ci ilin ilk ayları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət sahəsində zəngin fəaliyyəti ilə tarixə düşdü. Yanvar ayında Davosda Beynəlxalq İqtisadi Forumda iştirak edən, fevral ayında isə Münxen Təhlükəsizlik Konfransına qatılan Prezident İlham Əliyev, eyni zamanda, çoxsaylı görüş və hadisələrlə müşayiət olunan İtaliya səfərini həyata keçirdi. Sadalananlar dövlətimizin xarici siyasət fəaliyyətinin intensivliyi ilə yanaşı, həmçinin Azərbaycanın beynəlxalq aləmdə rolu və əhəmiyyətinin durmadan artmasını sübuta yetirir”. Bu fikirlər Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun “facebook” səhifəsində paylaşım etdiyi “Prezident İlham Əliyevin tarixi İtaliya səfəri” sərlövhəli yazısında yer almışdır.
Əli Əhmədov qeyd etmişdir ki, Prezident İlham Əliyevin yenicə başa çatan İtaliya səfərini, sözün həqiqi mənasında, tarixi səfər adlandırmaq mümkündür: “Dövlətimizin başçısına və Onun rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qarşılanma və qonaqpərvərlik bunun ən bariz ifadələrindən biri hesab edilməlidir. Etiraf edim ki, İtaliya kimi qədim və zəngin dövlətçilik ənənəsinə malik olan böyük Avropa dövlətində bu cür qarşılanmalara az təsadüf olunur. Səfərin tarixi əhəmiyyətinə dəlalət edən səbəblərdən biri kimi səfər çərçivəsində iki dövlət arasında 28 sazişin imzalanması qeyd oluna bilər. Bu fakt dövlətlərarası münasibətlərin həm mövcud vəziyyəti, həm də gələcək perspektivləri ilə əlaqədar tərəflərin məqsəd və mövqelərini nümayiş etdirir.
İlham Əliyevin səfər çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə dünya sivilizasiyasına əvəzsiz töhfələr vermiş İtaliya kimi dövlətin rəhbərlərinin Azərbaycanın, onun inkişafının, ələlxüsus ölkəmizin sivilizasiyaların dialoqunun inkişafı sahəsində xidmətlərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlının qəlbini haqlı olaraq qürur hissi ilə doldurur. Bu baxımdan Roma Papasının, bütünlükdə Vatikan dövlətinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafı sahəsində fəaliyyətini ayrıca qeyd etməsi xüsusi əhəmiyyət kəsb edir”.
“Prezident İlham Əliyevin Avropanın ən böyük aparıcı dövlətlərindən olan İtaliyaya tarixi səfəri ölkəmizin beynəlxalq aləmdə artan rolunun və əhəmiyyətinin birbaşa ifadəsi olmaqla yanaşı, həm də onun gələcək inkişaf perspektivləri haqqında aydın təsəvvürlər yaradır. Heç şübhəsiz, tarixi İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək, ölkəmizin gələcək inkişafına əlavə töhfələr verəcək. Ayrıca olaraq onu da qeyd etmək lazımdır ki, dövlət başçımızın hər bir uğurlu xarici səfəri, o cümlədən İtaliya səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə beynəlxalq dəstəyin əhəmiyyətli şəkildə güclənməsi ilə müşayiət olunur”, - deyə Əli Əhmədov bildirib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

