Hikmət Babaoğlu: Çocuq Mərcanlıya qayıdışla başlayan yol Xocalıda, bütün Qarabağda sona çatacaq
27.02.2020 [09:50]
Xocalı soyqırımı 28 il əvvəl baş versə də, bu gün törədilmiş kimi təzədir, acıdır və hər bir azərbaycanlının qəlbini sızıldadır. Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən soyqırımıdır, amma, eyni zamanda, insanlığa qarşı törədilən bir cinayətdir. Bu hadisənin əsas məqsədi həm soyqırımı törətmək, həm də Azərbaycan xalqının ərazi bütövlüyünü qorumaq kimi haqlı davasında onu mənəvi qırılma nöqtəsinə gətirmək idi. Ancaq ermənilər buna nail ola bilmədilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, hər bir millətin milli gücü iki komponentdə dəyərləndirilir. Bunlar milli gücün kəmiyyət və keyfiyyət ünsürləridir. Əgər bir millət öz mübarizəsində milli-mənəvi qırılma nöqtəsinə çatmayıbsa, o millət yaşayır. Azərbaycan xalqının 5 minillik dövlətçilik tarixi var və bu dövrdə heç bir qüvvə milli əzmimizi, milli mənəviyyatımızı qıra bilməyib. “Ona görə də, bu gün varıq. Ermənilər bu məqsədlərinə nail olmayıblar və olmayacaqlar da. Əgər ermənilər öz məqsədlərinə nail olsaydılar, Azərbaycan xalqı Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov kimi qəhrəmanlar yetişdirə bilməzdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidləri olacaqlar. Çocuq Mərcanlıya qayıdışla başlayan yol Xocalıda, bütün Qarabağda sona çatacaq. Azərbaycan xalqı bu faciəni unutmadı, unutmayacaq və unutdurmayacaqdır. Hər il Azərbaycan Prezidenti, Ali Baş Komandanımız başda olmaqla, on minlərlə Azərbaycan vətəndaşının Xocalı soyqırımı abidəsini ziyarət etməsi bir daha ondan xəbər verir ki, biz Xocalıya qayıtmayana qədər, Xocalıya ədaləti bərpa etməyənə qədər, işğal olunmuş torpaqlarımızı, Xocalı şəhərini işğaldan azad etməyənə qədər bu proses davam edəcəkdir. Hazırda bu istiqamətdə Azərbaycan dövləti çoxşaxəli fəaliyyət göstərir”, - deyə baş redaktor qeyd edib.
O əlavə edib ki, diplomatik kanallarla, qeyri-hökumət təşkilatları və Heydər Əliyev Fondu vasitəsilə çox böyük işlər görülür ki, Xocalı soyqırımı dünya tərəfindən tanınsın. Nəticə olaraq, bu gün artıq xeyli sayda ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bir neçə beynəlxalq təşkilat, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı hadisəsini soyqırımı kimi tanıyıb. Bütün bunlar istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunmasında, istərsə də Xocalı soyqırımının dünyaya çatdırılmasında atılan mühüm addımlardır. Onun sözlərinə görə, bu gün hər bir Azərbaycan vətəndaşı 28 il bundan əvvəl olmuş bu hadisəni 28 il əvvəlki ürək yanğısı ilə yaşayır. Bu yara soyumayıb, bu yara qaysaq bağlamayıb. Ona görə ki, bu bizim ümummilli yaramızdır. Eyni zamanda, Xocalıya ədalətin bərpa olunması üçün bu cinayəti törədənlərlə bağlı hüquqi prosedur aparılır. Hikmət Babaoğlu qeyd edib ki, cinayətdə əli olan, soyqırımı törədənlərdən 39 nəfərin adı müəyyənləşdirilərək, ilkin istintaq materialları yekunlaşdırılaraq İnterpola təqdim edilib.
“Doğrudur, bu gün müxtəlif səbəblərdən, dünyada olan ikili standartlar siyasəti ucbatından biz hələ həmin cinayətkarların cəzalandırılmasına nail ola bilməmişik. Amma Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək iradə, əzm və bu hadisəni unutmaması, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət mütləq öz nəticəsini verəcək və Azərbaycan xalqı mütləq Xocalıya, işğal edilmiş bütün torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüz bərpa olunacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

