/ / Elşad Mirbəşiroğlu: Milli Məclis Prezidentin çoxşaxəli islahatlarının dərinləşməsinə önəmli töhfələr verəcək
Elşad Mirbəşiroğlu: Milli Məclis Prezidentin çoxşaxəli islahatlarının dərinləşməsinə önəmli töhfələr verəcək
12.03.2020 [09:30]
Prezident İlham Əliyevin apardığı islahatlara adekvat parlament institutunun formalaşması qaçılmaz bir zərurətə çevrilmişdi. Bütün demokratik normalara tam cavab verən parlament seçkilərinin nəticələri onu deməyə əsas verir ki, bu məqsədə dəqiqliklə nail olundu. Parlamentin yeni tərkibinə nəzər yetirsək bu tezisin əyani təsdiqini görə bilərik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.
Deputat qeyd edib ki, demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi. Növbədənkənar parlament seçkilərinin təyin olunması ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi. Ali qanunvericilik orqanının rəhbərliyində, spiker və onun müavinlərinin, o cümlədən komitə sədrlərinin seçilməsində həm bitərəf, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunublar. Bu, çox önəmli detal olmaqla siyasi sistemimizin möhkəmləndirilməsi və siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədinə xidmət edir. Birmənalı şəkildə deyə bilərik ki, mövcud parlament cənab Prezident tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verəcək. Dövlət başçısı altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışında deputatlara olduqca vacib tövsiyələr verdi. Qeyd etdi ki, iqtisadi inkişafın dərinləşməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial və gənclər siyasəti kimi istiqamətlər yeni formalaşmış parlamentin diqqət mərkəzində dayanmalıdır. Bu istiqamətlərin prioritet seçilməsi bir daha onu göstərir ki, islahatların davamlı və ardıcıl xarakter alması üçün parlamentin yeni tərkibdə formalaşmasına həqiqətən böyük ehtiyac var idi.
“Ölkə Prezidenti onu da qeyd etdi ki, deputatlar seçiciləri ilə daim təmasda olmalı, onların problemləri ilə yaxından maraqlanmalıdırlar. Hesab edirəm ki, hər bir deputat cənab Prezidentin ideyalarına söykənərək özünü xalqın xidmətçisi qismində görməlidir. Xaricdən ölkəmizə qarşı yönəlmiş təhdidlər onu tələb edir ki, deputatlar dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynasınlar”, - deyə E.Mirbəşiroğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

