Müstəqil Azərbaycanın qurucusu
06.05.2020 [11:10]
Ötən əsrin sonlarında Azərbaycan müstəqillyini bərpa etdikdən sonra çətin sınaqlarla üz-üzə qalmışdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin tarixi-siyasi əhəmiyyəti və ideoloji məzmunu məhz bu dövrün formalaşdırdığı mürəkkəb şərtlər fonunda təhlil olunmalıdır. Ulu Öndərin liderlik missiyası yalnız son dərəcə qeyri-müəyyən bir dövrdə, ağır tarixi şəraitdə məsuliyyəti üzərinə götürməsiylə ifadə olunmurdu. Bu missiya həm də hələ illər öncə, XX əsrin 70-ci illərində Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi mərhələdəki böyük xidmətləri ilə başlamışdı.
Məhz həmin illərdə Azərbaycanda müstəqilllik üçün son dərəcə mühüm əhəmiyyətə malik bir neçə sütun yaradılmışdı. Azərbaycanlı gənclər Sovet İttifaqının ən nüfuzlu məktəblərində təhsil almaq imkanı qazanmışdı, beləliklə də, republikada kifayət qədər güclü, peşəkar kadr bazası formalaşdırılmışdı.
Onlarla zavod, fabriklər inşa olunmuşdu, müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının yenidən qurulması və inkişaf etdirilməsi üçün bunun nə qədər mühüm əhəmiyyətə malik olduğunu izah etməyə, yəqin ki, ehtiyac yoxdur. Azərbaycanda geniş yollar şəbəkəsi yaradılmışdı, körpülər salınmış, su elektrik stansiyaları tikilmişdi. 1970-ci illərdə az qala bütün Azərbaycan ərazisi tikinti meydanına çevrilmişdi. Yüzlərlə yaşayış məntəqəsinə elektrik enerjisi verildi, qaz kəməri, telefon xətti çəkilmişdi. Respublikada dövr üçün kifayət qədər müasir infrastruktur yaradılmışdı, yeni xidmət sahələri fəaliyyətə başlamışdı.
Azərbaycanda 1971-ci ildə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, gərgin zəhməti və uzaqgörənliyi sayəsində yaradılmış Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb müstəqillik dövründə milli ordunun zabit korpusunun formalaşmasında müstəsna rol oynamışdı. Başqa cür desək, Ulu Öndər faktiki olaraq müstəqil ordu üçün kadr bazasını da yaratmağa nail olmuşdu. Həm də elə bir dövrdə ki, Azərbaycanda müstəqilliyi xəyal etmək belə mümkün deyildi.
Azərbaycan mədəniyyətinin inkişafı, kino sənayesi, incəsənətə göstərilən qayğı ölkənin tarixində yeni bir səhifə açdı. Heydər Əliyev böyük bir qətiyyətlə, cəsarətlə müstəqil düşünən ziyalıları müdafiə edirdi. Onların bir çoxu sonralar milli azadlıq hərəkatının fəal iştirakçıları kimi tarixə düşdülər. 1978-ci ildə Azərbaycan SSRİ Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqlarına rəğmən. Bu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri kimi tarixin yaddaşına yazıldı.
Beləliklə, Ulu Öndər hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, müstəqil dövlətçilik üçün vacib olan bir sıra məsələlərin həllinə nail olmuşdu. Məhz bu mənada, Ümummilli Liderin tarixi missiyası hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə müstəqil dövlətin sütunlarını yaratması ilə başlamışdı.
1993-cü ildə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə, Ulu Öndər Öz tarixi missiyasını davam etdirərək, ölkəni, xalqı böyük bir fəlakətdən qurtardı – sözün həqiqi mənasında azadlığını, müstəqilliyini itirmək təhlükəsindən. Heydər Əliyev geosiyasi ziddiyyətlərin, iqtisadi kataklizmlərin burulğanında müstəqil bir dövlət qurmaqla, əslində, Azərbaycan xalqınının mövcudluğunu qorumağa nail oldu. Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, sosial-mədəni, hüquqi və ideoloji əsaslarını yaradan Heydər Əliyev qısa müddətdə ölkəni yeni bir inkişaf mərhələsinə çıxardı. 1993-cü ildən başlayaraq, ictimai-siyasi sabitliyin təmin olunması, beynəlxalq münasibətlər sistemində öz yerini tutması, iqtisadiyyatda sabitliyin, daha sonrakı illərdə isə həm də davamlı inkişafın əldə edilməsi, demokratik ənənələrə əsaslanan siyasi sistemin formalaşması, modern ordu quruculuğu və digər sahələrdə əldə olunmuş uğurlar Heydər Əliyevin irəli sürdüyü müasir milli dövlətçilik strategiyasının məntiqi nəticələri idi.
Heydər Əliyevin siyasi qurtuluş konsepsiyası dörd mühüm sütun üzərində qurulmuşdu: ictimai siyasi sabitlik, iqtisadiyyatın bərpası, atəşkəsin əldə olunması və praqmatik xarici siyasət. Əslində, bunlar həm də 1990-cı illərdə Azərbaycanın qarşısında duran ən mühüm tarixi vəzifələr idi. Lakin bu vəzifələrin həllini mürəkkəbləşdirən ən vacib məqamlardan biri onların hamısının eyni vaxtda yerinə yetirilməsi zərurəti idi. Heydər Əliyevin siyasət və dövlət adamı olaraq unikallığı həm də onda öz ifadəsini tapır ki, O, belə mürəkkəb bir tarixi situasiyada dövlətin qarşısında duran bir neçə çətin problemi eyni vaxtda həll etməyi bacardı. Azərbaycanda ictimai-siyasi sabitlik yaradıldı, iqtisadiyyatın bərpası üçün önəmli addımlar atıldı, cəbhədə atəşkəs əldə olundu, xarici siyasətdə daha əvvəlki hakimiyyətlərdən miras qalmış problemlər həll olundu. Məhz Heydər Əliyevin uzaqgörən strategiyası, yüksək idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan müasir, sözün həqiqi mənasında, müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində özünü təsdiq edə bildi.
Ümummilli Lider Heydər Əliyev, obrazlı ifadə etsək, sivilizasiyaların qovşağında, daha dəqiq desək, böyük güclərin qlobal iqtisadi və siyasi maraqlarının toqquşduğu bir məkanda müstəqil və güclü Azərbaycanın təməlini qurmağa müvəffəq oldu. Bu, bir təcrübəli dövlət adamı, siyasi lider kimi Onun üzərinə tarixin, taleyin və xalqın yüklədiyi missiya idi. Lakin Ulu Öndərimiz daha böyük bir missiyanı yerinə yetirərək, yeni dövr Azərbaycanının ideoloji postulatını da formalaşdırdı. Azərbaycançılıq ideologiyasını irəli sürməklə siyasi və dövlətçilik fəlsəfəsini milli birlik məfkurəsi kimi təkmilləşdirdi. Böyük öndərimizin yalnız dövlətin iqtisadi, hərbi, diplomatik əsaslarını yaratmadı, həm də onun ideoloji inkişaf konsepsiyasının müəllifi oldu.
Heydər Əliyevin qurduğu dövlət çox qısa bir vaxt ərzində regionun ən aparıcı dövlətinə, real və təsirli söz sahibinə, bölgədə həyata keçirilən və müxtəlif nəhəng korporasiyaların, fövqəlgüclərin maraqlarının ifadə olunduğu qlobal layihələrin aparıcı qüvvəsinə çevrildi. Heydər Əliyev dühasının gücü həm də onda öz təzahürünü tapır ki, o, böyük güclərin əsasən ziddiyyətlər üzərində qurulmuş maraqlarını Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən layihələrdə birləşdirə bilirdi. Məhz Onun bu qeyri-adi diplomatik məharəti Azərbaycanı böyük maraqların müharibə meydanına çevrilmək təhlükəsindən sığortaladı.
İndi regionun ən güclü ordusuna, ən böyük iqtisadiyyatına, ən sürətli inkişaf tempinə malik olan müasir Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri adlandıranlar, heç şübhəsiz ki, tarixi dəlillərə istinad edirlər. Bu dəlillərdən biri də Ulu Öndərin Özündən sonrakı dövrdə belə Azərbaycanı təlatümlərdən, təhlükələrdən qoruya biləcək güclü siyasi lideri müəyyənləşdirə bilməsində idi. Heydər Əliyevin zərgər dəqiqliyi ilə hesablanmış milli dövlətçilik strategiyasını davam etdirmək missiyasını uğurla yerinə yetirən Prezident İlham Əliyev Azərbaycan üçün yeni imkanlar pəncərəsi açdı. Heydər Əliyevin qurduğu təməl üzərində müstəqil Azərbaycanda modern dövlət idarəçiliyi fəlsəfəsinin formalaşdırılmasını müvəffəqiyyətlə həyata keçirdi. İnnovativ ideya və təşəbbüslərin iqtisadiyyatda, mədəniyyətdə, idmanda – bir sözlə, ölkənin həyatının bütün sahələrində uğurla tətbiqi, beynəlxalq münasibətlər sisteminə yeni baxış bucağından baxaraq, regional maraqların konfiqurasiyasını dəqiq müəyyən etməsi, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın dərinləşməsinə xidmət edən ardıcıl siyasət İlham Əliyevin qurucu və islahatçı lider imicinin heç bir mübahisəsiz qəbul olunmasına ciddi əsas yaradır.
İlham Əliyev yeni tip siyasi liderlər kateqoriyasına aid edilir. O, yeniliklərə, innovasiyalara meyillidir, daha çox texnokrat təşəbbüslərə maraq göstərir, dinamikanın, modernləşmənin qatı tərəfdarı kimi davranır, qlobal maraqların hansı nöqtələrdə qovuşduğunu və toqquşduğunu məharətlə görür. Lakin bununla yanaşı, Azərbaycan Prezidenti həm də ənənələrə sadiq, Öz xalqının milli adət-ənənlərini, mənəvi dəyərlərini, tarixi nailiyyətlərini son dərəcə yüksək qiymətləndirən milli lider obrazının parlaq təcəssümüdür. O, müasir Azərbaycanının lideridir, yenilikçi, modern düşüncə tərzi ilə daha çox diqqəti cəlb edir. Onu başqalarından fərqləndirən bir mühüm keyfiyyəti də var: Prezident İlham Əliyev hər dediyi sözün arxasında dayanmağı bacaran, Azərbaycanın maraqlarını kifayət qədər açıq və prinsipial bir mövqedən müdafiə edən, sözün həqiqi mənasında, müstəqil siyasət yürütməyi bacaran güclü siyasi liderdir. Bütün bu keyfiyyətləri ilə Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı, Ümummilli Liderin ideyalarını reallaşdıran qətiyyətli liderdir.
Ramin Məmmədov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
YAP Siyasi Şurasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

